Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Qənizadə Hacı Qalibi məhkəməyə verir


Milli Məclisin deputatı Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır


Bu barədə Modern.az-a Çingiz Qənizadə özü bildirib.

"Bəzi mətbuat orqanlarında Qalib Salahzadə mənim haqqımda bir neçə istiqamətdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar verib. Birincisi, mənim Bakı şəhər prokuroru işlədiyim vaxtda guya, ondan 30 min manat və ya dollar almağımla bağlı məlumat açıqlayıb. Guya, o, həmin pulu vaxt qoyaraq məndən geri alıb. Bu həqiqətə uyğun olmayan bir məlumatdır. 

İkincisi isə qeyd edir ki, Çingiz Qənizadənin el-obasından gedib maraqlansalar, məlum olar ki, onun necə utanverici keçmişi var. Bu, nə deməkdir? Mən çox istəyərdim ki, bu açıqlamalarına izahat versin. Ona görə də Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə, yəni, böhtan və təhqirə görə, həm də şərəf və ləyaqətin alçaldılması ilə bağlı fikirlərini xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşıram. Bununla bağlı dünən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasında çalışan və kollegiyanın üzvü Raqif Mustafayevlə müqavilə bağlamışam. Materialları ona təqdim etmişəm".

Deputat Hacı Qalibin onunla bağlı çıxışını dərc edən mətbuat orqanlarını məkhəməyə verməyəcəyini əlavə edib: "Mənə suallar olunur ki, onun böhtan dolu fikirlərini dərc edən mətbu qurumları da məhkəməyə verəcəksiniz? Təbii ki, mən buna “yox” deyirəm. Mən bütün hallarda özümü mətbuatın dostu hesab edirəm. Baxmayaraq ki, 4-5 mətbuat orqanında onun bu fikirləri öz əksini tapdı. Amma mən o mətbuat orqanlarına qarşı hər hansı bir iddia ilə çıxış etməyəcəm. Qalib Salahzadə bayaq dediyim iki fikir barədə söylədiklərini sübut etməlidir. Bunu təsdiq edə bilməyəcəksə, xüsusi ittiham qaydasında onun həbs edilməsini tələb edəcəm. 

Bilirsiniz ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə ötən il dəyişiklik edilib. Elektron informasiya resurslarında, KİV-də insanın şərəf və ləyaqətini alçaldan, ona böhtan atan məlumatların yayılmasına görə cəzalar sərtləşdirilib. Xüsusilə 147-ci maddədə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələmək, nüfuzdan salmaq məqsədilə KİV-də və informasiya resurslarında yalan informasiyaların yayılması məhz bu maddənin tərkib hissəsini yaradır. Belə hesab edirəm ki, Qalib Salahzadə fikirlərinə ya aydınlıq gətirməli və dediklərini sübut etməlidir, ya da məsuliyyətə cəlb olunmalıdır. Həmin maddədə iki ilədək həbs cəzası nəzərdə tutulur. Həmçinin alternativ cəzalar var".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar