Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Mustafayev adına mərkəz ləğv edildi


Bakı şəhəri Çingiz Mustafayev adına 25 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ləğv edilib


Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri rasionallaşdırılıb. Qərarla Bakı şəhəri 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, Bakı şəhəri Çingiz Mustafayev adına 25 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Bakı şəhəri 40 nömrəli Texniki Yaradıcılıq Mərkəzi birləşdirilərək onların bazasında Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılacaq. Əmrin imzalanmasında məqsəd məktəbdənkənar təhsil müəssisələrinin rasionallaşdırılması, idarəetmədə effektivliyin artırılması və maliyyə fəaliyyətlərində səmərəliliyin yüksəldilməsidir. Əmrlə 141 məktəbdənkənar təhsil müəssisəsi birləşdirilərək onların sayı azaldılıb.

Bununla bağlı Ləğvetmə komissiyası da yaradılıb. Komissiyanın sədri nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar