Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çindən Azərbaycana 1,5 milyon tut tingi gətirildi


Çindən Azərbaycana 1,5 milyon ədəd tut tingi (çəkil) gətirilib


Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

2007-ci ildən ilk dəfə olaraq respublikada 70 tondan çox yaş barama məhsulu istehsal edilib. Hazırda ölkədə baramaçılığın yem bazasının formalaşdırılması, tut (çəkil) tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Respublikada baramaçılığın gələcək inkişafının təmin edilməsində ipək qurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə nazirlik tərəfindən 1,5 milyon ədəd tut tinglərinin alınması üçün Çinin "Shandong Guangtong Silkworm Eggs Co" LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. 2016-cı il 2 dekabr tarixində şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respublikaya gətirilib. Tinglər Lənkəran, Tovuz, Şəki, BərdəUcar rayonlarına yola salınıb və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 37 rayona paylanılacaq.

Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqroteniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq video tövsiyələr, bukletlər, yaddaş vərəqələri və digər maarifləndirici materiallar hazırlanmış və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət ediliblər. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həmdə sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanıb və fermer və sahibkarlara, eyni zamanda nazirliyin tabeliyində olan tingçilik təsərrüfatlarına ödənişsiz əsaslarla veriləcək.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar