Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində Azərbaycana qarşı erməni təxribatı


Çinin Uxan şəhərində yerləşən Mərkəzi Pedaqoji Universitetdə təşkil olunan beynəlxalq mədəniyyət festivalında erməni təxribatının qarşısı alınıb


Həmin universitetdə təhsil alan azərbaycanlı tələbələr ermənilərin işğal altındakı torpaqlarımızı Ermənistan ərazisi kimi göstərən xəritənin festivalda nümayiş olunacağını öyrəniblər. Tələbələrimiz bu barədə Azərbaycanın Çindəki səfirliyini məlumatlandırıblar. 

Diplomatik missiyamızın əməkdaşları festivalın təşkilat komitəsi ilə əlaqə yaradaraq, Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bu barədə beynəlxalq təşkilatların, o cümlədən Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri barədə məlumat verib, erməni tələbələrin təxribat xarakterli əməllərinə yol verilməməsinə çağırıblar.

Beləliklə, mayın 20-də keçirilən festival zamanı Ermənistan pavilyonunda həmin xəritə və bu kimi digər materialların nümayiş olunmasının qarşısı alınıb.

Azərbaycanlı tələbələr milli stendimizdə xalqımızın zəngin mədəniyyətinə, tarixinə, müasir inkişafına, turizm imkanlarına dair fotoşəkillər, kitab və jurnallar, milli geyimlər nümayiş etdiriblər. Bundan başqa, Bakıda keçirilən beynəlxalq tədbirlər və idman yarışları barədə əyani vəsaitlər, plakatlar da sərgilənib. Stendi ziyarət edənlər milli mətbəximizin nümunələrinin, habelə Azərbaycan istehsalı olan şərabların dadına baxıblar. Festivalın təşkilat komitəsinin qərarına əsasən, Azərbaycan pavilyonu "Ən yaxşı ölkə təqdimatı" nominasiyasında qalib olub.

Bundan başqa, ermənilər mayın 21-də Pekin Dillər və Mədəniyyət Universitetində təşkil olunan analoji festivalda da təxribata əl atıblar. Ermənistan pavilyonunda qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının asıldığını görən tələbələrimiz Azərbaycan səfirliyini məlumatlandırıb. Səfirliyin operativ müdaxiləsindən sonra təşkilat komitəsi Ermənistan pavilyonundan bu ölkəyə aid olmayan bütün eksponatların, o cümlədən qondarma rejimin bayrağının yığışdırılmasını təmin edib.

Universitetin məsul işçisi Azərbaycan diplomatı ilə telefon danışığında baş vermiş hadisəyə görə üzrxahlıq edib, gələcəkdə bu cür halların təkrar olunmayacağını deyib.(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar