Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin nefti ən baha qiymətə Azərbaycandan alır


Çin 2017-ci ilin yanvar-mart aylarında neft idxalını 15% artıraraq 104,77 mln. tona çatdırıb


APA xəbər verir ki, cari ilin I rübündə neft idxalı Çinə 40,82 mlrd. dollara başa gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,7% çoxdur.

Hesabat dövründə Çinin ən iri neft təchizatçısı Səudiyyə Ərəbistanı olub. Çin krallıqdan 14,36 mln. ton neft idxal edib ki, bu da 4,9% çoxdur. Səudiyyə Ərəbistanın bu əməliyyatlardan qazancı 5,72 mlrd. dollar olub ki, bu da ötən ilin I rübü ilə müqayisədə 64,1% artımdan xəbər verir. Səudiyyə Ərəbistandan idxal olunan neftin 1 tonunun orta qiyməti 144 dollar artaraq 398 dollara çatıb.

Qeyd edilən müddət ərzində Rusiya Çinə neft ixracını 12% artıraraq 13,58 mln. tona çatdırıb. İxracın dəyəri 74,% artaraq 5,52 mlrd. təşkil edib. Rusiyanın Çinə satdığı neftin 1 tonu 145 dollar bahalaşaraq 406,5 dollara çatıb.

Çinin üçüncü ən iri neft təchizatçısı isə Anqoladır. Afrika ölkəsindən Çinə 12,88 mln. ton neft ixrac olunub ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 12,7% çoxdur. Anqolanın Çinə satdığı neftdən əldə etdiyi gəlir 64,3% artaraq 5,06 mlrd. dollar təşkil edib. Çinin Anqoladan idxal etdiyi neftin 1 tonunun orta qiyməti 123 dollar artaraq 393 dollara çatıb.

Hesabat dövründə Çin həmçinin İraq, Oman və İrandan neft idxalını müvafiq olaraq 19,6%, 9,1% və 8% artırıb. Ötən rüb ərzində Çin İraqdan 9,6 mln. ton, Omandan 8,87 mln. ton, İrandan 6,82 mln. ton neft idxal edib.

Hesabat dövründə Çinin idxal etdiyi ən bahalı neft Azərbaycan neftidir - 1 ton 436,7 dollar. Ən ucuz nefti isə Çin Venesueladan alır - 1 tonu 298,8 dollar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar