Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin müstəqil dövlət deyil - “ABŞ isə müstəqil olmağa başlayır”


2017-ci ilin mart ayının sonunda ABŞ prezidenti Donald Tramp energetika sahəsində müstəqilliklə bağlı fərman imzalayıb


Həmin fərman enerji sektorunun hökumət tərəfindən hədsiz tənzimlənməsini aradan qaldıracaq.

Bu fərman prezident Barak Obama tərəfindən qəbul edilmiş və kömürlə işləyən elekrtik stansiyalarından havaya buraxılan zərərli qazların normasının azaldılmasını nəzərdə tutan aktı ləğv edir. Tramp əlavə edib ki, elektrik enerjisinin hasilatı artacaq və yeni iş yerləri açılacaq. ABŞ enerji müstəqilliyinə nail olmağa çalışır. Son illər ABŞ şist neft və qazının hasilatında əhəmiyyətli uğurlar qazanıb.

Əvvəllər neft və qazın qiyməti yükəlmişdi, lakin Nikson dövründəki neft böhranı artıq arxada qalıb. Öncəki hökumətlər də enerji müstəqilliyinə can atıblar. Hərçənd ki, bu məqsədlərə nail olmaq metodları fərqlənib, amma onların ümumi bir məqsədi olub – ölkənin neft idxalından asılılığını azaltmaq. Hal-hazırda Tramp neft hasilatının həcmini artırmaq və beləliklə də idxaldan asılılığı azaltmaqla, enerji resurslarının təchizatının təhlükəsizliyini təmin etmək istəyir. Konkret desək: Bu, dövlət nəzarətini zəiflətmək yoluyla ABŞ neft-qaz resurslarının mənimsənilməsi ilə məşğul olan müəssisələri stimullaşdırmaqdır .

Son illər ərzində innovasiya texnologiyalarının qazma qurğularına tətbiqi sayəsində neft hasilatının həcmi və onun səmərəliliyi xeyli dərəcədə yüksəlib. ABŞ Energetika Nazirliyinin məlumatına əsasən, 2015-ci ildə xam neftin hasilatı gündəlik 9,42 milyon barel təşkil edib. 2008-ci illə müqayisədə bu göstərici təxminən 88,4% artaraq, 1972-ci ildən sonrakı ən yüksək həddə çatıb.

Lakin 2016-cı ildə neftin qiymətinin düşməsinə görə, ABŞ-dakı xam neftin gündəlik hasilatı azalaraq, 8,87 milyon barelə enib. Hal-hazırda ölkənin netto-ixracı gündəlik olaraq 4,87 milyon barel təşkil edir.

ABŞ-dakı alternativ eneji mənbələrinin inkişafı, ölkənin enerji müstəqilliyində mühüm rol oynayıb. Şist qazının hasilatının artması təbii qazın həm ölkəyə, həm də bütün dünyaya tədarük edilməsində xüsusi yer tutur.

2009-cu ildə ABŞ dünyada təbii qaz istehsalının ən böyük istehsalçısı olan Rusiyanı bu sahədə ötüb keçib. Belə güman etmək olar ki, yaxın illərdə ABŞ təbii qazın netto idxalçısından netto ixracatçısına çevriləcək. Digər tərəfdən şist qazının hasilatının artması ABŞ-ın enerji tələbatındakı kəsirini əhəmiyyətli şəkildə azaldıb.

Belə hesab edilir ki, 2016-cı ildə Çinin neft idxalının həcmi 357 milyon tona çatıb. Çinin neft idxalından asılılıq dərəcəsi isə 62%-ə kimi yüksəlib. Təbii qazın idxal həcmi də artır. Çin 2007-ci ildə təbii qazın netto-idxalçısı olub. Çünki ölkədəki neft və qaz hasilatı artan tələbata cavab vermir. 2016-cı ildə xaricdən alınan təbii qazdan asılılıq 33 % olub, 2020–ci ildə bu göstərici 40%-ə qalxa bilər. Beynəlxalq Enerji Agentliyi hesab edir ki, 2035-ci ilədək “PetroChina”–nın idxal edilən neftdən asılılığı 80% olacaq. Ona görə də ölkədə istehsal edilən neft və qaz çox tezliklə kifayət etməyəcək.

Xarici resurslardan asılılıq Çinin zəif tərəfi sayılır. Öz növbəsində dövlətin təhlükəsizliyi də bundan asılıdır. Bununla bağlı olaraq, Çin enerji resurslarının idxalını lazımı həddə qədər durdurmağın yollarını düşünüb tapmalıdır.
Hazırda digər eneji resursları ilə müqayisədə kömürdən əldə edilən enerji nisbətən inkişaf etmiş sahə sayılır və həm də ki, burada qiymətlər ucuzdur. Bu isə Çinin digər ölkələrdən enerji asılılığının səbəbi sayılır. Çünki Çin hava və ətraf mühütin çırklənməsinə qarşı bir sıra tədbirlər həyat keçirməlidir. Ona görə də hökumət enerji sahəsindəki strukturda yenidənqurma aparmalı və zərərli qazların havaya buraxılmasının azaldılması məqsədiylə kömürdən istifadədən yaxa qurtarmalıdır. Bunun üçün alternativ enerji mənbələri inkişaf etdirilməlidir.

Ölkədə neft resurslarının çatışmaması üzündən Çin onların yerini kömürlə əvəzləmək məcburiyyətində qalaraq, təbii qazın idxalını artırır. Əgər alternativ enerji mənbələri ölkənin daxili tələbatını ödəmək və kömürü əvəzləmək qabiliyyətində deyilsə, onda gələcəkdə Çinin enerji baxımından müstəqil dövlət olması daha da mürəkkəbləşəcək. Enerji təhlükəsizliyinin təmin olunması isə çox vacib bir məsələdir.

Çin Xalq Respublikasının neft və qaz idxalını azaltması doğrudan da mürəkkəbdir, lakin başqa çarə yoxdur. Bunun üçün xərcləri azaldılmalı və həmçinin də neft-qaz mənbələrində kəşfiyyat işlərinin aparılmasına yönəldilən maliyyə artırılmalıdır. Xərclərin azaldılması dedikdə insanların istehlak etdikləri enerji resurslarının dəyərini başa düşmələri və müvafiq olaraq da, onlardan qənaətlə istifadə olunması nəzərdə tutulur. Enerji resurslarının istehsalı daha səmərəli olmalıdır.

Hazırkı anda Çində böyük neft yataqlarının tapılması ehtimalı çox cüzidir. Həm də ki, bu cür neft yataqları tükənmək həddindədir.

Ölkə dünyada neftin ən böyük idxalatçısı olduğuna görə, enerji təhlükəsizliyi Çin üçün hədsiz vacibdir. Ən mühüm məsələlərdən biri də, beynəlxalq bazarda neftin qiymətinin çox kəskin düşüb-qalxmasından qaçmaqdır. Çinin enerji təhlükəsizliyi təkcə neftin strateji ehtiyatlarını çoxaltmaqla deyil, həmçinin də qeyri-ənənəvi enerji mənbələrinin inkişaf etdirilməsiylə təmin olunmalıdır. Neftin əvəzlənməsi mütləq vacibdir. Məsələn, şəhərlərdə dəmiryolu nəqliyyatını inkişaf etdirmək, yeni enerji mənbələri hesabına işləyən avtomobillərin istehsalına başlamaq və sairə. Çin yalnız bu yolla enerji daşıyıcıları baxımından müstəqil dövlət ola bilər. (azpolitika.info)

(China.com-Çin)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar