Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin liderini Putindən önə keçirən səbəblər


Rusiya prezidenti 5-ci dəfə dünyanın ən qüdrətlisi ola bilmədi


“Forbes” jurnalı 2018-ci ildə dünyanın ən qüdrətli insanlarının siyahısını açıqlayıb. Siyahının birincisi Çin lideri Xi Jingpingdir. İkinci yerdə isə Rusiya prezidenti Vladimir Putin, 3-cü yerdə Donald Tramp gəlir. İlk beşliyi Almaniya kansleri Angela Merkel, həmçinin “Amazon”un yaradıcısı və sahibi, 54 yaşlı milyarder Cef Bezos bağlayır.

Xatırladaq ki, son 4 ildə bu siyahıda birincilik V.Putinə məxsus olub. Bu dəfə onun ikinciliyə sürüşməsini jurnalın kriteriyaları ilə izah edirlər. Belə ki, dünyanın ən qüdrətlisini müəyyənləşdirmək üçün həm siyasi, həm də iqtisadi qüdrət nəzərə alınır. Bu ilin martında xalq nümayəndələrinin Ümumçin Məclisi Çin Xalq Respublikası sədrinin fəaliyyət müddətini 2 dəfə ilə məhdudlaşdıran müddəanın ölkə konstitusiyasından çıxarılmasına səs verib. Bu isə jurnal ekspertləri tərəfindən Xi Jingpingin hakimiyyətinin güclənməsinə gətirən əsas faktorlardan biri kimi qiymətləndirilib. Bundan əlavə, onun Çin iqtisadiyyatında inkişafı sürətləndirən islahatların təşəbbüskarı olması da nəzərə alınıb. Belə ki, Çin lideri son illərdə yalnız öz hakimiyyətini möhkəmləndirməklə deyil, ölkənin iqtisadi qüdrətinin artırılması ilə də ciddi məşğul olub. Onun rəhbərliyi altında “Çin arzusu” adlı iqtisadi proqramın həyata keçirilməsi sayəsində Çin iqtisadiyyatında baş verənləri artıq dünya iqtisadi ədəbiyyatında “Çin intibahı” adlandırmağa başlayıblar. Xi Jingping Çində genişmiqyaslı özəlləşdirməyə gedib, xırda və orta sahibkarlığın inkişafı sahəsində böyük uğurlar əldə edib. Nəticədə isə Çin iqtisadiyyatında davamlı və yüksək artıma nail olub. Buna görə də onun dünyanın ən qüdrətlisi seçilməsi obyektiv hesab olunur.

Analitiklər hesab edirlər ki, Rusiya prezidentini ardıcıl olaraq 4 il birincilikdə saxlayan amillərdən biri Avropanın qaz təchizatındakı hegemon mövqe olub. Son bir ildə bu mövqenin sarsılması (alternativ enerji mənbələrindən istifadənin genişlənməsi, Rusiyanın əsas layihələrindən biri olan “Şimal Axını-2" ilə bağlı problemlər və sair) hiss olunur. Bundan əlavə, AvropaABŞ-ın iqtisadi sanksiyaları ilə üzləşən Rusiya iqtisadiyyatı kifayət qədər çətin günlərini yaşayır. Putinin bu çətinlikləri aradan qaldırmaq imkanlırının olmaması da onun  dünyanın ən qüdrətlisi postunu itirməsinə gətirib çıxarıb.

D.Trampa gəlincə, müəlliflər hesab edirlər ki, şəxsinin ətrafında yaranan skandallara baxmayaraq, o, ABŞ kimi dünyanın aparıcı iqtisadiyyatına və hərbi qüdrətinə malik bir dövlətin rəhbəridir. Buna görə də onun heç olmasa dünya üçüncüsü olması labüddür.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, “Forbes” V.Putini heç də boşuna son dörd ildə dünyanın ən qüdrətlisi elan etməyib: “Ükraynanın parçalanması, Gürcüstanda torpaqların ələ keçirilməsi, Suriyada Bəşər Əsədə verilən dəstək Putinin siyasi qüdrətini artıran amillərdir. Amma ötən ildən bu qüdrətin azalması müşahidə olunur: elə bir istiqamət qalmayıb ki, Rusiya orada iştirakını artıra bilsin. Ukraynada hadisələr səngiyib, Suriyada da Rusiyanın nüfuzunun hansısa artımı müşahidə olunmur. Bundan əlavə, Rusiya ciddi iqtisadi çətinliklərlə üzləşib, hələ ki Putin onların aradan qaldırılmasına nail ola bilmir”.

Politoloqa görə, Çinin həm iqtisadi, həm də siyasi gücü getdikcə artır: “Çin hazırda dünyanın ən dinamik iqtisadi inkişafına nail olub. Eyni zamanda regional və beynəlxalq səviyyədə siyasi təsir gücünü artırmaqdadır. Cənubi və Şimali Koreya arasında razılaşmanın əldə olunmasında Çinin xüsusi rolu oldu. Bu kimi amillərə görə onun lideri dünyanın ən qüdrətli şəxsi seçilib”.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar