Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin həqiqətləri


Kənan Rövşənoğlu yazır


Uyğurların milli mücadiləsinə dini rəng qatmaq kimə lazımdır?

Son həftənin əsas xəbər başlıqlarından biri də uyğurlar oldu. Hətta o qədər ki, Suriya, İraq, Yəmən, Liviya, Misirdəki terror və qanlı hadisələri belə arxa plana keçdi. “Müsəlman uyğurlara Çin zülmü”, “kommunist Çinin uyğurlara oruc yasağı” və sair başlıqlar altında foto və xəbərlər Türkiyə və Azərbaycan, eləcə də dünya mediasında geniş tirajlandı. 

Əlbəttə, əksini iddia edənlər də oldu. Bəziləri bu hadisənin Çinə qarşı Qərbin yeni bölücülük silahı olduğunu və bu məqsədlə uyğur faktından istifadə etdiyini iddia etdilər. Hətta Çində müsəlmanlara zülm olunmadığı, hər kəsin öz inancını yaşadığını sübut edən fotolar paylaşıldı. Ancaq təbii ki, bu mövzuda mübahisələr hələ də sosial şəbəkələrdə davam edir. 

Çin əleyhinə etirazlar isə artıq xeyli dərəcədə irəli gedərək nəzarətdən çıxır. İstanbulda Çin restoranına hücum ediblər, bir qrup gənc isə çinli hesab etdiyi koreyalı turistlərə hücum edərək döyüb. Hətta Bakıda da Çin səfirliyi qarşısında etiraz aksiyası təşkil olunub. Rəsmi Ankara isə uyğurlara qarşı baş verənlərlə bağlı Pekinə nota verib. Türkiyə və Azərbaycanla yanaşı dünyanın bir sıra ölkələrində, o cümlədən Yaponiyada uyğurlar Çinə etirazlarını bildirirlər. 

Əslində indi hər kəsi düşündürən əsas sual bu aksiya və etirazlardan çox, Çində həqiqətən nə baş verdiyidir. Əlbəttə, hər şeydən öncə bir faktdır ki, Sinsizyan Uyğur muxtar rayonu adlanan Sincan bölgəsi 1949-cu ildə Çin tərəfindən ilhaq olunub. Və təbii ki, hər kəsə aydındır ki, kommunist Çində digər xalqlardan olan insanlar kimi uyğurlar da bir sıra haqlardan, ən əsası isə azadıq və müstəqillik haqqından məhrum edilib. Buna qarşı çıxanlar isə zor gücünə əzilir. 

Zaman-zaman Çində uyğurların ayaqlanmaları olub və bu etirazlar Çin hökumət qüvvələri tərəfindən amansızlıqla yatırılıb. Sonuncu dəfə 2009-cu ildə Çində ciddi uyğur ayaqlanması olub və çoxlu sayda insan öldürülüb. Təbii ki, uyğurların məsələsi daha çox etnik məsələdir, yəni müsəlman amili ilə bağlı deyil.

Lakin birdən-birə Çində müsəlmanlara zülm olunması, dini qadağalar, inanclarına görə insanların işgəncəyə məruz qalması, hətta öldürülməsi ilə bağlı məlumatların yayılması istər-istəməz sual yaradıb. Əcəba, nədən İslam amili qabardılır? Uyğurların milli mücadiləsinə din rəngi qatmaq kimin nəyinə lazımdır? Çinə lazımıdır? Əlbəttə, yox. 

Çin hazırda müsəlman ölkələri ilə böyük ticarət və iqtisadi əlaqələrə malikdir, üstəlik Çinin özündə uyğurlardan başqa da müsəlman əhali var. Rəsmi ideologiyaya zidd olsa belə, Çin böyük bir müsəlman coğrafiyasını, ən əsası böyük bir bazarı qarşısına almaq, ondan imtina etmək istəməz.  
Yeri gəlmişkən, Çində uyğurlara işgəncə adı ilə yayılan fotoların bir çoxunun saxta olduğu sübuta yetib. Bunu adi istifadəçilər də google proqramında axtarış verməklə öyrənə bilərlər. Bu fotoların bilərəkdən, yoxsa Çin hökumət orqanlarının həqiqi problemdən diqqəti yayındırmaq, saxtakarlıq obrazı yaratmaq üçün yayıldığı aydın deyil. Amma bir şey dəqiqdir ki, ortada güclü təbliğat, informasiya müharibəsi gedir. 

Məsələ ondadır ki, son illərdə iqtisadiyyatı sürətlə böyüyən Çin Yaxın Şərq və Şimali Afrikanın müsəlman ölkələrində ciddi iqtisadi yatırımlar qoyur. Afrikada və Asiyada Çin Qərb malları ilə rəqabətə girir. Hətta faktiki olaraq Amerikanın işğalında olan Əfqanıstanda belə Çin ciddi iqtisadi təsirini yarada bilib. Təbii ki, bu cür qara təbliğat Çinin bu ölkələrdəki iqtisadi layihələrinə böyük zərbə vuracaq (Türkiyədə nümunələrini qeyd elədik - K.R.), müsəlman ölkələrində Çinə, çinlilərə münasibət pisləşəcək, hansı ki, artıq bu baş verir. 

Nəhayət, gözlənilməz görünsə də, Çinin uyğurlar yaşayan bölgəsində radikal dini qruplaşmaların hərəkətə keçməsi. Məlum olduğu kimi hazırda İŞİD və digər radikal qrupların tərkibində xeyli sayda uyğur türkləri var. Onların məhz uyğurlara olan Çin zülmünə qarşı savaşmaq üçün Sincana qayıtması haqqında artıq məlumatlar var. Bizcə, Çin və uyğurlarla bağlı xəbərlərə həm də qlobal siyasət, dünya ölkələri arasında davam edən aşkar-gizli mübarizə kontekstində baxmaq lazımdır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar