Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin-Qazaxıstan münasibətləri ABŞ-ın hədəfində


Çində etnik qazaxlar ayrı-seçkiliyə məruz qalır


Marat Şibutov

Regnum.ru, 10.07.2017

Qazaxıstan etnik prinsip üzrə mühacirəti dəstəkləyən dövlətlərdən biridir. Ölkədə dünyanın bütün qazaxlarını birləşdirən təşkilat da var – Qazaxların Ümumdünya Qurultayı (qurultay sözü rusca mətndə də belədir-tərc.). Bu icmalda bu assosiasiyanın necə işləyəcəyi və hansı risklərlə üzləşə biləcəyindən söhbət gedəcək.

Rəsmi baxış

Qazaxların beşinci, yubiley qurultayı 2017-ci il iyunun 23-də Astanada keçirilib. Bu tədbir1992-ci ildən beş ildə bir dəfə keçirilir.

Həm də Qazaxların Ümumdünya Assosiasiyasının (QÜDA) sədri olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz çıxışında ölkədə elan edilmiş “ruhsal modernləşmə” çərçivəsində gerçəkləşdirilən altı layihəni yada salıb:

-qazax əlifbasından latın əlifbasına keçid;

-humanitar yönlü 100 ən yaxşı dərsliyin tərcüməsi;

-“Туған жер” (doğma ərazi-tərc.) layihəsi;

-“Qazaxıstanın sakral coğrafiyası” layihəsi (“Qazaxıstanın müqəddəs ocaqları”nın öyrənilməsi üzrə layihə-tərc.”);

-“Çağdaş Qazaxıstan mədəniyyəti kürəsəl dünyada” layihəsi;

-“Qazaxıstanın 100 yeni şəxsiyyəti” layihəsi.

Prezident elə o zaman soydaşların dövlət və Qazaxıstan cəmiyyəti tərəfindən dəstəklənməsinin önəmini vurğulayaraq “Otandastar” (soydaşlar-tərc.) fondunun yaradılmasını tapşırıb. Nursultan Nazarbayev deyib: “Fondun Qazaxların Ümumdünya Assosiasiyası ilə birlikdə soydaşlara dəstək üçün tədbirlər müəyyən etməyi və uyğun kompleks proqram hazırlaması gərəkdir”.

O həm də sıradakı tapşırıqları verib:

-qonşu ölkələrə dövlət telekanallarının və çap nəşrlərinin yayılması məsələsini hazırlamaq;

-soydaşlarımız içindən istedadlı və ixtisaslı mütəxəssislərin cəlb edilməsi mexanizmini yaratmaq;

-ölkənin cənub bölgələrindən şimal vilayətlərinə köç proqramında iştirak edən adamlara əlverişli yaşayış şəraiti qurulması və işlə təmin edilməsi üzrə tədbirlər görmək.

Bütün bunlardan başqa, qurultayda Qazaxların Ümumdünya Assosiasiyası sədrinin yeni birinci müavini seçilib. Bu, Talqat Mamaşovu əvəzləyən “Nur Otan” partiyasının katibi Zautbek Turisbek olub.

Onun namizədliyini Nursultan Nazarbayev təklif edib. Prezident qeyd edib: “O, müstəqillik illərində mənim tapşırığımla məsul vəzifələr icra edib. Soydaşlarımızın daha çox yaşadığı Özbəkistan və Rusiyada səfir olub və onların həyatı haqda çox şey bilir”.  

İyulun 1-də qurultayın nəticələri üzrə hökumətin “Otandastar” fondu qeyri-kommersiya səhmdar cəmiyyətinin yaradılması haqda” sərəncam layihəsi ictimai müzakirəyə çıxarılıb. Sənədə əsasən, Mədəniyyət və İdman və Xarici İşlər nazirliklərinin idarə edəcəyi uyğun qeyri-kommersiya fondu yaradılacaq. Onun məqsədi QÜDA-nın fəaliyyətini təmin etməkdir. Hökumət sərəncamının başqa layihəsi isə hökumətt ehtiyatlarından “Otandastar” fonduna 150 milyon tenge (27,3 milyon rubl) ayrılmasına aiddir.

Qeyri-rəsmi baxış

Qazaxların ümumdünya qurultayında və xəlvətdə baş verənlərə qeyri-rəsmi baxışı Qazaxıstanın bütün KİV-lərindən yalnız Amerikanın “Radio Azattıq” təqdim edib. Məsələ burasındadır ki, həm “Radio Azattıq”, həm də Amerikanın “Azadlıq radiosu”nun digər bölməsi “Radio free Asia” (Azad Asiya radiosu-tərc.) qazaxların – Sinszyan-Uyğur Muxtar Rayonunda (SUMR) yaşayan Çin vətəndaşlarının təqibi məsələsini qaldırır.

“Radio Azattıq” iyunun 21-də “Radio free Asia”-nın Çin redaksiyasının ingilis dilindən tərcümə edilmiş reportajını dərc edib. Reportajda sıradakı iddia olunur:

-Çin hökuməti Sinszyanda 10-a yaxın etnik qazaxı uyğur müsəlmanlarla “yaxın münasibətlər”də ittiham edərək həbs edib;

-“Azad Asiya” radiosunun qaynaqları xəbər verir ki, Sinszyanın etnik uyğurlarına nisbətdə tətbiq edilən din sahəsindəki əksər məhdudiyyətlər indi etnik qazaxlara qarşı da tətbiq olunur. Məsələn, müsəlman ibadətləri zamanı qazax dilində tələffüz olunan ənənəvi sözlər cinayət ittihamına səbəb ola bilər;

-Çində müsəlman dövlət qulluqçuları və müsəlman partiya funksionerləri rəsmi Pekinə loyallıq əlaməti kimi Ramazan ayında yemək yeməyə borclu idilər;

-“Azad Asiya” radiosu həmçininn Qazaxıstan prezidentinə isnadən xəbər verir ki, rəsmilər Sinszyanda Altay şəhərinin yaxınlığındakı Araşak qəsəbəsində oralmanların (qonşu ölkələrdən Qazaxıstana gəlmiş etnik qazaxlar-tərc.) Qazaxıstan hökumətinin Çin pasportları ilə etnik qazaxlara verdiyi kartlarını qaytarmağa başlayıblar. Əvvəllər onlara bu cür kartları polisə təhvil vermək əmri veriblər. O, əlavə edib ki, Sinszyan rəsmiləri gecə-gündüz işləyirlər ki, qazax oralmanlarına Qazaxıstanda daim yaşamaq hüquq verən bütün kartları geri alsınlar. Qurultay zamanı Çin qazaxlarının problemi məsələsini almaniyalı qazax Omirxan Altın qaldırıb. “Radio Azattıq” onunla özəl müsahibə işləyib:

“Ən böyük qazax diasporunun olduğu Çindəki durum qurultayda müzakirə olunmayacaqsa, bunun nə mənası var. Mən qazaxların Çindəki vəziyyətindən danışmalıydım – bu mənim insanlıq borcum idi”, – deyə o, izah edib.

Omirxan Altın hesab edir ki, SUMR-dakı qazaxlar Çinin şərq əyalətlərindəki qazaxların yararlandığı vətəndaş hüquqlarından istifadə etməlidirlər.

Artıq iyulu 6-da isə “Radio free Asia”nın məlumatı yayılıb ki, Sinszyanın hüquq-mühafizə qurumları Pekinin ünvanına tənqidi audioyazını yaymağa görə qazax mənşəli 200-dən çox ÇXR vətəndaşını axtarışa verib.

Ümumiyyətlə, bu trend aydındır ki, Amerika KİV-ləri SUMR-da qazaxların hüquqlarına əməl edilməsi mövzusunu izləyir və fəal maraqlanır.

Qazaxlar Çində necə yaşayırlar

Lakin yaxalamaq bir işdir, bəs bütünlükdə qazaxlar Çində necə yaşayırlar?

Bu haqda məşhur qazax çinşünası Tatyana Kaukenovanın məqaləsində ətraflı yazılıb. Dərc olunduğu andan bəri məqalənin əsas məqamları iki il müddətində aktuallığını itirməyib. Qazaxlar ÇXR-in rəsmən qeydiyyatdan keçmiş 55 etnik azlığı içində sayca 17-ci yeri tuturlar, Çindəki bütün qazaxların 95%-nin yaşadığı SUMR-da isə onlar sayca üçüncü etnosdur. 1949-cu ildə Çin Xalq Respublikasının formalaşdığı anda ərazisində 443,7 min qazax yaşayırdı. Diqqətçəkəndir ki, rayonda yarımmilyon adam 1970-ci illərin ortalarına qədər sayı saxlayıb, bundan sonra yetərincə intensiv artım başlanıb. Doğuşun məhdudlaşdırılması üzrə 1979-cu ildə qəbul edilmiş siyasət qazax icmasına, necə deyərlər, “üzdən” toxunub. Sinszyanın illik statistik məlumatına görə, ÇXR-də qazaxların sayı 1978-ci ildəki 821 mun nəfərdən 2013-cü ildəki 1,56 milyon nəfərədək çoxalıb.

SUMR-dakı qazaxları fəaliyyət sahəsinə görə iki böyük qrupa bölmək olar: birinci – köçərilər və Çin üçün daha ənənəvi kənd təsərrüfatı işləri ilə məşğul olan adamlar. Amma Sinszyanda torpaq getdikcə daha böyük dəyər olur və torpağın qazax və monqollardan kütləvi alqısı, həmçinin  torpaqların qanunsuz müsadirəsi halları haqda daha tez-tez eşidilir. Bundan savayı, turizmin inkişafı və Sinszyanın mənzərəli guşələrində turist zonalarının yaradılması üzündən köçəri qazaxların yaşayış məkanı ildən-ilə daralır.

İkinci qrupa alitəhsilli ziyalıları, ictimai xadimləri və qazax etnosunun, əsasən, şəhərlərdə yaşayan və Pekin, Şanxay, həmçinin Yaponiya universitetlərində ali təhsil almış – ki, yerli əhali arasında xüsusən nüfuzlu sayılır – digər təmsilçilərini aid etmək olar.  

ÇXR konstitusiyasına əsasən, Çinin bütün ərazi vahidlərində birinci inzibati vəzifələri bölgə üçün titul etnosun təmsilçiləri tuturlar (bu maddə rayon və şəhər həlqəsindən başlayaraq partkomların birinci katiblərinə aid olunmur). Qazaxların titul etnos olmadığı SUMR-da dörd yüksək vəzifədən birini qazaxların təmsilçisi – Ashat Kərimbayı əvəzləmiş Nurlan Abdimacin tutur. O, SUMR ÇXSMŞ (Çin xalq siyasi məsləhət şurası) sədridir. Məxfi baxış nöqtəsi var ki, ÇXR rəhbərliyi indiyə qədər uyğur çoxluğu tarazlaşdırmaq və separatizmi boğmaq üçün hökumət strukturlarında qazaxlara üstünlük verib.

Çində qazax ailəsi

Çində qazaxlar üçün problem birinci növbədə bölgədə ÇXR-in başqa bölgələrindən gələn hanların sayının fasiləsiz artımı fonunda onların say çəkisinin sürətlə azalmasından ibarətdir. ÇXR-in yarandığı 1949-cu ildə orada qazaxlar hanlardan, demək olar, 1,5-2 dəfə çox idi. Keçən dövrdə hanların sayı 291min nəfərdən 2012-ci ildə 8,42 milyon nəfərə qalxıb. Eyni zamanda 1949-cu ildə sayı 3,29 milyona çatan uyğurlar 2012-ci ildə 10,53 milyon nəfər olub. Yəni qazaxların sayı, təxminən, 3, uyğurlaırn sayı isə 2,5, hanların sayı isə, təqribən, 29 dəfə artıb. Bundan savayı, din sahəsində 2014-cü ilin axırında qəbul edilmiş çox mühüm məhdudiyyəti qeyd etməmək olmaz. SUMR müsəlmanlarının indi zəruri ayinləri keçirməsi və bütün dini hökmlərə əməl etməyi xeyli çətin olacaq. Məsələn, bu gün namaz qlımaq yalnız məscid və şəxsi mənzillə məhdudlaşır. Müsəlmanların ofisdə, müəssisədə, tələbə şəhərciyi ərazisində – hələ dövlət müəssisələrini demirik – namaz qılmaq hüququ yoxdur.

İqtisadi xarakterli bir sıra problemlər var. Bütün milli azlıqlar içində işsizliyin səviyyəsi yetərincə yüksəkdir, fəal şəkildə gələn, iş qabiliyyəti və çətin şəraitdə yaşamaq bacarığı ilə tanınmış hanlar tez-tez yerli əhalinin işini “qamarlayırlar” ki, bu da daxili narazılığın artımına səbəb olur.

Çində şəhər qazaxlarının yaşayışındakı “sualtı qayalardan” danışarkən sıradakına diqqətli olmaq lazımdır. Məhz Çin mühitində uğurlu olmaq üçün qazax dili praktik olaraq lazım deyil, amma, bax, Çin dilini bilmək daşıyıcı səviyyəsində olmalıdır. Bu cür həyat şəraiti buna gətirib çıxardır ki, şəhərlərdə qazaxların ikinci və üçüncü nəsli doğma dili artıq çox zəif bilir. Qazax etnosunun hakimiyyətdə vəzifə tutan təmsilçiləri daim Çin mühitində dolaşır, üstəgəl, sanballı vəzifə tutmaq üçün Çin Kommunist Partiyası sıralarına daxil olmaq və deməli, ateist olmaq lazımdır. Belə ki, etnik özəlliyi qorumaq çox çətindir.

Xaricdə ən böyük qazax icması olan Çindəki qazax icması, ən son məlumatlara görə, son 24 ildə repatriantların (vətənə dönənlər-tərc.) ümumi sayının cəmi 14,23%-i verib. Bu ondan xəbər verir ki, qazaxlar üçün Çində bütövlükdə yetərincə rahatlıq var. Lakin qazaxlar həqiqi mənada uğurlu olmaq üçün öz milli özəllikləri ilə bədəl ödəməli olurlar.

Xülasə

Qazaxıstan “Bir qurşaq – bir yol” strategiyasının həyata keçirilməsində  Çinin əsas tərəfdaşlarından biridir, layihənin strategiyası isə sıradakıdır:

-inkişafda tranzit potensialı, infrastruktur inşası və xarici iqtisadi fəaliyyətin gücləndirilməsi sayəsində ölkənin qərb bölgələrini, hər şeydən əvvəl SUMR və şərq dəniz sahillərini bərabərləşdirmək;

– Çinin qonşu ölkələrdəki iqtisadi və qismən mədəni və siyasi nüfuzunu gücləndirmək hesabına şimal və qərb sərhədlərində təhlükəsizliyi təmin etmək;

-dəniz mühasirəsi halında enerji daşıyıcılarının (neft, qaz, uran) Çinə fasiləsiz tədarükünü təmin etmək. Bu, tədarükçülərin maksimal şaxələndirilməsi və Çin şirkətlərinin enerji daşıyıcılarının hasilat və nəqli üzərində qismən nəzarəti deməkdir;

-Çinin pul resurslarına sərfəli yatırım təmin etmək.

Çinin bu strategiyanı həyata keçirməsinə imkan verməmək və həm enerji daşıyıcılarının dəniz yolları təchizatına bağlılığını saxlamaq, həm də SUMR-da daxili problemlər təmin etmək üçün ÇXR-in Qazaxıstanla münasibətlərini pisləşməsi lazımdır. Bunu qazax millətçi-populistlərinin “Qazaxıstanı ələ keçirmək üçün Çin planları” ilə qızışdırmaqla, həmçinin Çində qazaxların hüquqlarına riayətə vurğu ilə etmək mümkündür. Xoşbəxtlikdən, antiterror tədbirləri üzündən material tapmaq olar.

Demək olmaz ki, indiki anda ABŞ-ın məqsədyönlü strategiyası görünür, bu daha çox bir Amerika KİV-nin mövqeyidir, lakin hətta bu da Qazaxıstan və Çinin qarşılqılı münasibətlərini korlaya bilər.(Tərcümə Strateq.az)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar