Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çili senatoru Ermənistanın Alıxanlı kəndində törətdiyi təxribatı pisləyib


Çili senatının üzvü cəbhə xəttində Ermənistanın mülki şəxslərin öldürülməsi ilə nəticələnən təxribatını pisləyib


Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan xalqına dəstəyin ifadə olunduğu və Ermənistanın təcavüzkar siyasətini qınayan məktub Azərbaycanın Çilidəki səfirliyinə göndərilib.
 
Çili Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri senator İvan Moreyranın ünvanladığı məktubda mülki şəxslərin ölümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ifadə edilib. Senator Alıxanlı kəndində baş verən hadisəni amansız terror hücumu adlandırıb və qəti şəkildə rədd edib.
 
“Çili-Azərbaycan Dostluq Qrupunun Prezidenti olaraq, sülhün qorunmasına olan dərin etiqadımı və hər şeydən öncə, mülki əhalinin zərər çəkməsinə, xalqları bir-birindən ayrı salan siyasi və ideoloji müxtəlifliyin cəzasını çəkməli olmayan günahsız uşaqların ölümünə səbəb olan şiddətə öz istəklərini həyata keçirmək üçün bir vasitə kimi əl atılmasını birmənalı olaraq rədd etdiyimi təkrar etməliyəm. Şiddətə qarşı səsini çıxarmaq və terrorizmə qarşı mübarizəyə hədsiz bağlılığını bəyan etmək bütün beynəlxalq ictimaiyyətin mənəvi borcudur”, - deyə İ. Moreyra məktubda bildirib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar