Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çexiyada döyüldüyü deyilən azərbaycanlı məktəblinin ailəsi ilə bağlı iddia

Mətanət Əzizova: “Onlar status almaq üçün uşağın qolunu özləri göyərdiblər”


“Planlarından xəbərim vardı... Düşünürdüm ki, etməzlər, amma....”

Xəbər verdiyimiz kimi, bir neçə gündür Çexiyaya sığınan azərbaycanlı siyasi mühacirlərə qarşı vəhşiliklər edilməsi ilə bağlı xəbərlər yayılır. Onlardan biri də aztoday.az saytında, Avropaya sığınan siyasi mühacirlərə istinadən yayılıb. Onların sözlərinə görə, Çexiyada qaçqın düşərgəsində yaşayan azərbaycanlı siyasi mühacir Muxtar Qəhrəmanzadənin qızı məktəbdə müəllim tərəfindən zorakılıqla üzləşib. Belə ki, iddiaya görə, sentyabr ayının 4-də məktəbə gedən Xədicə Muxtarzadə 2 gün sonra müəlliməsi tərəfindən təzyiqə (qolundan zədə alıb -red) və təhqirə məruz qalıb. Buna səbəb isə şagirdin tapşırığı çox pis yazması olub.

Valideynlər uşağa qarşı edilmiş zorakılıqla bağlı məktəb direktoruna şikayət ediblər. Amma uşağa qarşı vəhşiliklər edən riyaziyyat müəlliməsi Zdenka Tomasova valideynlərə şok sayıla biləcək cavab verib: “Bura belədir. Xoşunuz gəlmir, oxutmayın”.




Amma xəbərin yayılmasından sonra Çexiyada yaşayan mühacirlər buna etiraz ediblər. Onlar faktın təhrif olunduğunu və uşağın ailəsinin bunu məqsədli şəkildə mediaya bu formada təqdim etdiyini bildiriblər.

Hazırda Çexiyanın Praqa şəhərində yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova “Yeni Müsavat”a açıqlamasında məktəbli qızın döyülməsi ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini söyləyib. Müsahibimizin dediyinə görə, 2017-ci ilin əvvəlindən etibarən Çexiyaya təxminən 100-ə yaxın azərbaycanlı Avropanın müxtəlif ölkələrindən göndərilib. Bu, müxtəlif ölkələrdə sığınacaq istədikləri halda, vizalarını Çexiya səfirliyindən aldıqlarına görə, Dublin sazişinə görə Çexiyaya göndərilən həmyerlilərimizdir.




M.Əzizova bildirib ki, Dublin sazişinə görə, sığınacaq məsələsinə ancaq viza verən ölkə baxa bilər: “Ona görə də Avropada yüzlərlə azərbaycanlı Dublin sazişinə görə hələ də qeyri-müəyyən vəziyyətdə oturub qərarları gözləyirlər. Bunun nəticəsi olaraq bu ilin əvvəlinə çox sayda azərbaycanlı Almaniyadan, Avstriyadan və İsveçdən Çexiyaya göndərilib, onlara Çexiyada sığınacaq üçün müraciət etmək hüququ verilib”.

M.Əzizovanın sözlərinə görə, müraciət edənlərin arasında həqiqətən də öz ölkəsində problemlər yaşayan insanlar, eləcə də Avropaya yeni həyat, iş, tibb üçün gələnlər var: “Amma onların hər birini birləşdirən bir amil var – intervü. İntervüdə nə haqda danışılması anonimdir və konfidensial saxlanır. İntervüdə nə qədər çox qorxulu sözlərdən istifadə olunsa, düşünürlər ki, siyasi sığınacağı o qədər tez alacaqlar. Ona görə də əksəriyyəti siyasi təzyiqlərə məruz qalmaları haqda danışır: “tutdular”, “söydülər”, “işgəncə verdilər”, “döydülər” və sair. Amma Çexiyanın Miqrasiya İdarəsi əksəriyyətinə əsaslandırılmış imtina cavabı verib. Mənim müşahidələrimə görə, qərarlar tam ədalətlidir. Ona görə ki, intervüdə həqiqətə uyğun olmayan məlumatlar verilib. Əgər mənfi cavab verilsə, sığınacaq istəyən insan məhkəməyə müraciət edə bilir və bir müddət Çexiyada leqal qalmaq hüququ əldə edir. Həmyerlilərim isə ayrı yol tapıb və düşünürlər ki, bu yol onlara Avropanın ayrı-ayrı ölkələrində sığınacaq almaq hüququ verir. Məsələn, kimsə Çexiyada azərbaycanlılardan kiminsə bizneslə məşğul olduğunu öyrənir və dərhal polisə gedir ki, Çexiyada azərbaycanlı biznesmenin adamları məni tutdu, döydü, şantaj etdi və sair”.



M.Əzizova döyülən uşaqla bağlı yayılan məlumatın da bu qəbildən olduğunu deyir. Onun sözlərinə görə, uşağın ailəsi sığınacağa imtina cavabı alandan sonra belə bir plan qurublar: “Ailəsi uşağın qolunu özləri çimdikləyib göyərdib. Sonra Almaniyaya gedib, orda bu məlumatı qaçqınlara qarşı diskriminasiya kimi təqdim edəcəklər ki, guya onlar üçün Çexiya təhlükəli ölkədir. Və iddia edəcəklər ki, barələrində Çexiyada verilən qərar da diskriminativ qərardır. Bu əsaslarla Almaniyada sığınacaq almaq istəyirlər. Amma Almaniya gec-tez onları yenidən Çexiyaya göndərəcək. Bu ailə bu “əməliyyat”ı hazırlayanda mənə məlumat vermişdilər. Amma xahiş elədilər ki, məlumatı yaymayım. O zaman düşündüm ki, bunu etməzlər. Yanıldım, çünki etdilər”.

Müsahibimiz deyir ki, bəlkə indi də susa bilərdiŞ amma Çexiyada çalışan, qaçqınlara qarşı çox diqqətli olan, onlara əlavə dərslər keçən müəlliməyə qarşı şər atılmasını qəbul edə bilməz: “O ölkə ki, səni qəbul edib, yerləşdirib, çörək verib, bu ölkənin kiçik şəhərlərində işləyən müəlliməni qəddar, nasist, uşaq döyən biri kimi qələmə vermək düzgün deyil, insanlığa sığmır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar