Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqasının qalibi “Qarabağ”a transfer olunur

Dino Ndlovunu 1,5 milyon avroya Çinə satan "Qarabağ" Çempionlar Liqasının qalibini transfer edir


PİA,AZ fanat.az-a istinadən xəbər verir ki, bu barədə  "The Herald" nəşri məlumat yayıb.

Bildirilir ki, "Qarabağ" Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunda forma geyinən Xama Billiata elçi düşüb. Azərbaycan çempionunun ona təxminən 500 min Zimbabve dolları (təxminən 900 min manat) təklif etdiyi bildirilir.

Zimbabve yığmasının hücumçusu "Mamelodi Sandaunz"ın yeni müqavilə təklifini rədd edib. Bu səbəbdən baş məşqçi Pitso Osimanenin qəzəbinə tuş gəlib və heyətdən kənarlaşdırılıb. Xama Billiata "Qarabağ"dan başqa Avropanın digər klublarından da təkliflər var. 

Klubu ona 2,5 milyon ABŞ dolları qiymət qoyub. İndi "Qarabağ" bu məbləği aşağı salmağa çalışır. 

Qeyd edək ki, Xama Billiata karyerasına Zimbabvenin "CAPS Yunayted" klubunda başlayıb. 2010-cu ildə CAR-ın "Ayaks Cape Tovn" klubuna transfer olunub. "Mamelodi Sandaunz" onu 2013-cü ildə 690 min avroya transfer edib. Hazırda "Transfermarkt" 27 yaşlı hücumçuya 1,85 milyon avro qiymət qoyub. 

Billiat "Mamelodi Sandaunz"la 2 dəfə CAR çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə Afrika Çempionlar Liqasını və 1 dəfə Super Kubokunu qazanıb.

O, 2011-ci ildən Zimbabve yığmasına çağırılır. Bu müddətdə 26 oyun keçirərək 6 qol vurub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar