Çərşənbə axşamı, 26 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Çempionlar Liqası: “Araz”ın rəqibləri müəyyənləşib


Bu gün futzal üzrə UEFA Çempionlar Liqasında ilkin və əsas mərhələnin püşkü atılıb


 Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın da rəqibləri müəyyənləşib.

Yarışa əsas mərhələdən başlayacaq Naxçıvan klubu B yolunda mübarizə aparacaq. “Araz” 8-ci qrupda qüvvəsini sınayacaq.

Təmsilçimizin rəqibləri “Luçenek” (Slovakiya), həmçinin ilkin raundun E və F qruplarının qalibləri olacaq. E qrupunda “Veles” (Makedoniya), “Futsamba Naas” (İrlandiya), “Valletta” (Malta), “Kosmos Tallinn” (Estoniya), F qrupunda isə “Hovokubo” (Hollandiya), “Ridinq” (İngiltərə), “Murata” (San Marino), “Vitis” (Litva) çıxış edəcək.
 
Joze Alesionun yetirmələrinin yer aldığı qrupun matçları Slovakiyada keçiriləcək. Elit-raunda yeganə vəsiqə uğrunda oyunlar oktyabrın 2-7-də keçiriləcək.

pia.az
Etiket:
loading...