Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempion Reyhan Məmmədovanı öldürən sürücüyə 7 il 6 ay həbs


Tanınmış idmançı, dəfələrlə çempion olmuş Reyhan Məmmədovanın ölümü ilə nəticələn ağır yol nəqliyyat hadisəsini törədən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb


Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edərək peşman olduğunu deyib:
 
"Valideynlərindən çox üzr istəyirəm, başsağlığı diləyirəm. Mən də valideynəm. Sizin düşüncələrinizi başa düşürəm. O, uşaq həm də vətənə xeyirli olub. Hər zaman bayrağımızı qaldırıb. Üzr istəyirəm. Bağışlayın. Belə bir hadisənin baş verməsini istəməzdim".
 
Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Əlifağa Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə bu il iyun ayında Xətai rayonu Zığ şosesindəki SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib. "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla vurulan 22 yaşlı Reyhan Məmmədova hadisə yerində ölüb. Hadisəni törətməkdə təqsirli bilinən Əlifağa Məmmədov saxlanılıb. Onu da qeyd edək ki, Reyhanə Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar