Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çəkiliş meydançasında ölən aktyorlar - Siyahı


PİA.AZ kulis.az-a istinadən çəkiliş meydançasında ölən aktyorların siyahısını təqdim edir:


1973-cü il 33 yaşında “Ölüm oyunu” filminin çəkilişlərində məşhur Amerika və Hon-Konq aktyoru Bryus Li vəfat edib. O, baş ağrı dərmanı qəbul edir və bu beyin qansızmasına səbəb olub.
 
Britaniyalı aktyor Oliver Rid “Qladiator” filminin çəkilişləri zamanı dünyasını dəyişib. İçki aludəçisi olan aktyor bəhsə girərək üç şüşə yamayka romu, səkkiz şüşə alman pivəsi, xeyli viski içib və ürək çatışmazlığından ölüb.  

1930-cu illərin seks simvolu amerikalı aktrisa Cin Xarlou isə “Saratoqa” filminin çəkilişlərində özünü pis hiss edib, o  yorğunluqdan, qarnındakı ağrılardan şikayət edib. Xəstəxanaya yerşləşdirilən 26 yaşlı aktrisanın böyrək çatışmazlığı problemi olduğu üzə çıxıb, o, komya düşərək dünyasını dəyişib.

1940-50-ci illərin aktyoru, amerikalı Erik Fleminq Peruda “Cəngəllik” macəra filminin çəkilişlərində çaya düşərək boğulub.  Onun parçalanmış meyiti 4 gün sonra tapılıb.

Amerikalı komik aktyor Redd Foks “Kral ailəsi” televiziya şousunun məşqlərində ürək tutmasından ölüb. Ürək tutması nömrəsi onun şouda şah nömrəsi sayılırdı, aktyor publikanı şənləndirmək üçün tez-tez bunu oynayırdı. Ona görə o, ürəyini tutub yıxılanda heç kəs əslində nə baş verdiyini anlamırdı.
 
Sovet kinosunun ulduzu və seks simvolu Yevgeni Urbanski “Direktor” filminin çəkilişlərində həyata vida edib. O kaskadyorun köməyindən imtina edərək təhlükəli epziodu özü oynamaq istəyib, birinci dubl uğurlu alınsa da, aktyor ikinci dublun çəkilməsinə təkid edir. Növbəti dublda onun boyun fəqərəsi qırılır. Aktyorun son sözü “İlahi, necə də ağrıyır” olub.

Ukraynalı aktrisa İnna Burduçenko “Daşdakı çiçək” filminin çəkilişlərində komsomol rolunu oynayan aktrisa səhnələrdən birində yanan barakdan bayrağı çıxartmalıydı. Rejissor onu bir necə dəfə yanan baraka qaçmağa məcbur edib. Son dublda barak çökür və aktrisanın dabanı döşəməyə ilişir və çıxmağa macal tapmır. Aktrisa aldığı yanıqlardan ölür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar