Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

Çeçenistanda toplaşan “qanuni oğrular" Rövşən Lənkəranskinin qardaşı “Şeyx Həmzət” kimi tanınan çeçen kriminal avtoritet Həmzət Qastəmirov barəsində qərar veriblər


Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 “Oğru dünyası”nın nümayəndələrindən birinin dediyinə görə, avropalı iş adamı xüsusi əhəmiyyətli hesab edilməyib və heç kim onu buna “cəhd göstərən” bir adam kimi də tanımayıb.

Əslində Rövşən Canıyevdən Həmzət Qastəmirova doğrudan da heç bir miras qalmayıb. Onların ünsiyyəti təsadüfən yaranıb. Şeyx Həmzət kriminal aləmin nümayəndəsinə deyil, daha çox şoumenə bənzəyir. Xüsusilə, onun “vaynaxlar”a müraciətində özünü çeçen deyil, azərbaycanlı adlandırması daha komik görünür. Onun özünü "Şeyx" adlandırması vaxtilə Azərbaycanda axund köməkçisi işləməsi ilə bağlıdır.


Şeyx Həmzət (sağda)

“Lotu Quli”nin əlaltıları tərəfindən təhdid olunması ilə bağlı məlumatlara inananlar isə “oğru dünyası”ndan xəbərsiz olanlardır. İndi ən asanı “Lotu Quli”nin adı ilə piar olunmaqdır. Bununla belə, "qanuni oğru” yaranmış vəziyyəti ciddi qəbul etmir.

Qeyd edək ki, heç vaxt Şeyx Həmzətlə “Lotu Quli” qarşı-qarşıya gəlməyiblər. “Qanuni oğru” ilə çeçen avtoritet Əziz Batulayevlə kiçik münaqişəsi isə ötən ilin axırlarında Rusiyadakı mərkəzi bazarlara nəzarətlə bağlı olub. Və bu münaqişədə ciddi problemlər yaşanmayıb.

May ayında Çeçenistanda toplaşan avtoritetlər - Əziz Batukayev, Hüseyn Əhmədov (Kor Hüseyn), İslam Edilgireev (Böyük İslam), Əhməd Dombayev (Əhməd Şalinski) yekdilliklə qərara gəliblər ki, Şeyx Həmzət mübahisə və nifaq yayır, onun üzündən günahsız insanlar zərər çəkirlər. Bu səbəblərdən də onu heç cür qəbul etmək olmaz. O, heç kimdir.


Şeyx Həmzət Rövşən Lənkəranskinin dəfn mərasimində

Bir müddət öncə Rusiya mətbuatında Qastəmirovla bağlı şübhə doğuracaq məlumatlar da yer almışdı. Həmin məlumatlarda Rövşən Lənkəranskiyə aid olan mehmanxanaların, restoranların və kazinonun Avropadakı "obşak”ın nəzarətinə keçməsinin təsdiqini tapmaması dərc edilmişdi. Həmçinin, Şeyx Həmzətə sui-qəsd olunması məsələsini də piar hesab edilməsi vurğulanırdı.

Açıq-aydın görünür ki, Şeyx Həmzətə sui-qəsd cəhdi cinayəkar aləmin yüksək iyerarxiyasında möhkəmlənmək üsulları ilə görülüb. Avropalı biznesmenə “avtoritet” dəstəyi Almaniyada yaşayan “Valter” ləqəbli qanuni oğru Valiko Ceceya göstərir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar