Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çaylardakı vəziyyətlə bağlı son məlumat – Sululuq səviyyəsi dəyişib

Respublika çaylarında sululuq səviyyəsi ilə bağlı açıqlanan son məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 140-190, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edib


Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda qeyd olunub.

Məlumatda bildirilir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 218 m3/s olmaqla ongünlük normanın 136 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 47 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyan və Bankə məntəqələrində 4 sm azalma, lakin Surrada 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 377 sm (2017-ci il yanvarın 15-də 447 sm), Şirvanda 247 sm (2017-ci il yanvarın 15-də 351 sm), Salyanda 199 sm (2017-ci il yanvarın 15-də 297 sm), Bankədə 211 sm (2017-ci il yanvarın 15-də 233 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 sm (2017-ci il yanvarın 15-də 173 sm) təşkil edib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar