Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çaylardakı mövcud vəziyyət açıqlandı


Respublikanın çay və transsərhəd çaylarında son 10 gün üzrə sululuq səviyyəsi açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-90 faizini təşkil edir.

Tranzit çaylarda vəziyyətə gəlincə, son gün üzrə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 47 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 54 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edib.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, ötən gün üzrə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda 2, Bankədə 4 və Araz çayının Novruzlu məntəqəsində 9 sm azalma, lakin Şirvan məntəqəsində isə 4 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 457 (2016-cı il yanvarın 13-də 449 sm), Şirvanda 359 (2016-cı il yanvarın 13-də 349 sm), Salyanda 317 (2016-cı il yanvarın 13-də 308 sm), Bankədə 239 (2016-cı il yanvarın 13-də 232 sm), Araz çayının Novruzlu məntəqəsində isə 176 sm (2016-cı il yanvarın 13-də 176 sm) təşkil edir.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar