Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çaylarda sululuq səviyyəsi açıqlandı


Respublikanın çay və transsərhəd çaylarında sululuq səviyyəsinin statistikası açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 200-210, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-220 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 183 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 110 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, fevralın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 4, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 469 sm (2016-cı il fevralın 24-də 448 sm), Şirvanda 357 sm (2016-cı il fevralın 24-də 307 sm), Salyanda 321 sm (2016-cı il fevralın 24-də 273 sm), Bankədə 239 sm (2016-cı il fevralın 24-də 214 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2016-cı il fevralın 24-də 168 sm) təşkil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar