"İçerde" serialının "Sarp"ı Çağatay Ulusoy artıq yeni layihəsi ilə bağlı danışıqlara başlayıb
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "İçerde"nin 39-cu seriyada bitəcəyi artıq dəqiqləşib. Serialın əvvəldən bir mövsümlük olacağı deyildiyi üçün yaradıcı heyət sözünün üstündə qalıb.
Ç.Ulusoy da iyundan sonra qısa müddət istirahət etmək və yenidən çəkiliş meydançalarına qaytımaq fikrindədir. İllərdir "Ay Yapım"la işləyən aktyor film şirkəti "Taff Pictures"lə razılaşıb. Hələlik gizli saxlanılan anlaşmaya görə, Çağatay yayda bir filmdə çəkiləcək.
pia.az