Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Osmanovun atasına vəzifə verildi


Millət vəkili Ceyhun Osmanlının bir müddət əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin müavini vəzifəsindən azad olunan atası Yunus Osmanova vəzifə verilib


Aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatının ləğv edilməsi ilə əlaqədar Yunus Osmanov da Göyçay Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsindən kənarlaşdırılıb. O həmçinin rayon icra başçısı yanında Şuranın da siyahısından çıxarılıb.

Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, Y.Osmanov hazırda icra başçısının iqtisadi məsələlər üzrə müavininin (həmçinin, Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri) aqrar məsələlər üzrə müavini vəzifəsinə təyinat alıb. O, İcra Hakimiyyətində əvvəlki profili üzrə öz işini davam etdirəcək.
 
Millət vəkili Ceyhun Osmanlı da atasının yeni vəzifə təyinatını təsdiqləyib: “Digər rayonlarda olduğu kimi, atam Yunus Osmanov da Göyçay Rayon İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin nəzdində aqrar məsələlərlə məşğul olacaq”.
 
Xatırladaq ki, bu il martın 18-də ölkə başçısı “”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən “Başçının müavini – Aqrar məsələlər şöbəsi müdiri vəzifələri ləğv edilib.
 
Artıq bütün rayonlarda icra başçılarının ləğv edilən aqrar məsələlər üzrə müavinləri vəzifəsini tutan şəxslər və onların tabeçiliyində olan işçilər yeni vəzifələrlə təmin olunub. Vəzifəsiz qalan müavinlər icra başçısının iqtisadi məsələlər üzrə müavini və Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsi müdirinin müavinləri vəzifəsinə təyinat alıblar.
 
Məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nurəddin Bayramov da “a24.az”ın əməkdaşı ilə söhbətində məlumatı təsdiqləyib. O vurğulayıb ki, ölkə başçısının fərmanına uyğun olaraq təmsil etdiyi rayonda da bu vəzifə bölgüsü ilə bağlı iş başa çatdırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar