Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Osmanlının həbs ediləcəyi xəbəri yenidən gündəmdə


Bəzi mənbələr iddi edir ki, deputatı vətənə xəyanətdə ittiham edə bilərlər


Deputat Ceyhun Osmanlının həbsinə hazırlıq gedir. Bir qədər əvvəl onun həbs ediləcəyi haqda xəbərlərin dövriyyəyə buraxılmasının əsl səbəbi də budur. “Yeni Müsavat”a daxil olan məlumata görə, deputatın həbsinə ciddi hazırlıq gedib. Artıq cinayət işinin qovluqlarında yer alacaq sənəd-sübutlar da hazırdır. İstintaqçılar deputatın saxlanılması üçün “yuxarı”dan əmr gözləyirlər.

C.Osmanlının həbsə alınmasına onun deputat toxunulmazlığı statusu da maneə deyil. Ümid Partiyasının sədri İqbal Ağazadənin, sabiq deputat Hüseyn Abdullayevin millət vəkili statuslarının götürülərək həbs edilmələri bunu deməyə əsas verir. C.Osmanlını da eyni qaydada, daha səs-küylü formada həbs edə bilərlər.  

Yada salaq ki, Azərbaycan o ölkələrdəndir ki, deputat mandatı öz sahibini həbsdən, demonstrativ şəkildə döyülməkdən, söyülməkdən sığortalamır. Qanun hakimiyyət olimpindən verilən göstərişlərə uyğunlaşdırılır. 2007-ci il martın 16-da deputat Hüseyn Abdullayevlə deputat həmkarı Fəzail Ağamalı parlamentin salonunda mübahisə etdilər və əlbəyaxa oldular. Bu mübahisəyə qədər H.Abdullayevin adı artıq hakimiyyətin “qara siyahı”sında idi. Onu hakimiyyətə yaxın media da “vururdu”. Və parlament salonundakı olay yaxşı bəhanə oldu. Bu olay əsas gətirilərək H.Abdullayevi deputat toxunulmazlığı statusundan məhrum etmədən qatı cinayətkar tək başına torba keçirib, əlinə qandal vurub həbs etdilər. İki gün sonra isə baş prokurorun onun statusunun ləğvi məsələsi ilə bağlı təqdimatı parlamentin müzakirəsinə çıxarıldı. Məsələ 1-2 deputat əleyhinə olmaqla parlamentdən keçdi və H.Abdullayev adi vətəndaşa çevrildi. Həmin vaxt artıq o, istintaq təcridxanasındakı kamerada yerini rahatlamışdı. C.Osmanlının da həbs ssenarisinin təxminən bu cür olacağı gözlənir.  

Belə məlumatlar da var ki, artıq onu istintaqa çağırıblar. Məlumatlara görə, hələlik deputatı şahid kimi dindiriblər. Amma növbəti çağırışda müstəntiqin ona ittiham elan etməsi də istisna deyil. Bu, C.Osmanlı üçün ən mülayim həbs forması ola bilər. Çünki bəzi iddialara görə, onu da başqaları ilə birgə vətənə xəyanətdə suçlaya bilərlər. Qeyd edək ki, deputat bir qədər əvvəl də medianın diqqət mərkəzində idi. O, Art-Garden restoranında araşdırmaçı-jurnalist Xədicə İsmayılın səsini gizli yazaraq Baş Prokurorluğa təqdim etmişdi. Mətbuata açıqlamasında isə demişdi ki, telefonunda olan gizli səs yazısını Baş Prokurorluğa təqdim edib.

Deputatın şahid qismində dindirilib-dindirilməməsi, onun gizli səs yazısı olan və Baş Prokurorluğa təqdim etdiyi telefonunun özünə qaytarılması məsələsinə aydınlıq gətirmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmət rəhbəri Eldar Sultanov sorğumuza belə cavab verdi: “Baş Prokurorluğun mətbuat xidmətində bu məsələlərlə bağlı məlumat yoxdur”.

Göründüyü kimi Baş Prokurorluq rəsmisinin sorğumuza cavabında C.Osmanlının dindirilməsi məsələsi təkzib olunmur.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar