Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmil Həsənlinin qızı adam vurduğunu etiraf edib



Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli  sentyabırın 19-da yol qəzası törədib

Həmin gün günorta vaxtı Günel Həsənli Yasamal rayonu ərazisində KİA markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub. O, vurduğu qadını xəstəxanaya aparıb. Günel Həsənli qadının yerə yıxıldığını iddia edib. Lakin Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin yol qəzası zamanı baş verməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Teleqraf.com-a bildirib ki, hadisə zamanı sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı maşınla vurub. Onun sözlərinə görə, bu qəza hüquq- mühafizə orqanlarından sürücü və piyada tərəfindən gizlədilib.
 
"Qəza törədən sürücü piyadanı həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86 yaşlı Ədilə Səlimova və qəza törədən sürücü hər ikisi etiraf edib ki, belə bir qəza olub və onlar bunu hüquq-mühafizə orqanlarından saxlayıblar, həkimə yalan danışıblar” deyə Ehsan Zahidov bildirib.

Ehsan Zahidov əlavə edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Onun sözlərinə görə, araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək. (teleqraf.com)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar