Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmil Həsənlinin ABŞ-da yeni kitabı çıxdı – Foto


Cəmil Həsənlinin ABŞ-da yeni kitabı işıq üzü görüb


ABŞ-ın nüfuzlu YUTA press universiteti görkəmli tarixçi alim, professor Cəmil Həsənlinin “Azərbaycanın sovetləşdirilməsi” adlı yeni araşdırmasını kütləvi tirajla nəşr edib. 

“Cənubi Qafqaz ölkələri Rusiya, İran, Türkiyə üçbucağında. 1920-1922-ci illər” seriyasından olan bu monoqrafiyada göstərilən dövrdə mürəkkəb tarixi şəraitdə regionda cərəyan edən gərgin hadisələrdən bəhs olunur. Birinci Dünya müharibəsi və Rusiyada çarizmin çöküşündən sonra Azərbaycanın əldə etdiyi istiqlalı möhkəmləndirmək cəhdləri və Moskvanın bu müstəqilliyə təcavüzü, Qafqazı işğal edərək sovetləşdirməsi C.Həsənlinin yeni monoqrafiyasının əsasını təşkil edir.

Kitabda Azərbaycanın sovetləşdirilməsi zamanı bolşeviklərin törətdiyi kütləvi qırğınlar , milli düşüncənin, xalqın dəyərlərinin amansızlıqla məhv edilməsi konkret faktlarla təsvir olunub. Burada həmin illərdə Nəriman Nərimanovun zəfər və faciəsinin maraqlı tarixçəsinə də yer ayrılıb.

Kitabda həmçinin ötən əsrin 20-ci illərində Qarabağ, Zəngəzur və Naxçıvan haqqında Moskvanın məkrli planları, Azərbaycan ərazilərini Ermənistana vermək cəhdləri, habelə rus-türk, erməni-türk münasibətləri haqqında Amerika oxucularına, ingilis dilli dünyaya geniş məlumat verilib.

cemil heseni kitab

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar