Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmil Həsənlinin ABŞ-da kitabı çap olundu


Milli Şura sədri, tarixçi alim, professor Cəmil Həsənlinin ABŞ-da yeni kitabı işıq üzü görüb


Strateq.az xəbər verir ki, ABŞ-ın nüfuzlu YUTA press universitet Cəmil Həsənlinin “Azərbaycanın sovetləşdirilməsi” adlı yeni araşdırmasını kütləvi tirajla nəşr edib.

“Cənubi Qafqaz ölkələri Rusiya, İran, Türkiyə üçbucağında. 1920-1922-ci illər” seriyasından olan bu monoqrafiyada göstərilən dövrdə mürəkkəb tarixi şəraitdə regionda cərəyan edən gərgin hadisələrdən bəhs olunur. Birinci Dünya müharibəsi və Rusiyada çarizmin çöküşündən sonra Azərbaycanın əldə etdiyi istiqlalı möhkəmləndirmək cəhdləri və Moskvanın bu müstəqilliyə təcavüzü, Qafqazı işğal edərək sovetləşdirməsi C.Həsənlinin yeni monoqrafiyasının əsasını təşkil edir.

Kitabda Azərbaycanın sovetləşdirilməsi zamanı bolşeviklərin törətdiyi kütləvi qırğınlar, milli düşüncənin, xalqın dəyərlərinin amansızlıqla məhv edilməsi konkret faktlarla təsvir olunub. Burada həmin illərdə Nəriman Nərimanovun zəfər və faciəsinin maraqlı tarixçəsinə də yer ayrılıb.

Kitabda həmçinin ötən əsrin 20-ci illərində Qarabağ, Zəngəzur və Naxçıvan haqqında Moskvanın məkrli planları, Azərbaycan ərazilərini Ermənistana vermək cəhdləri, habelə rus-türk, erməni-türk münasibətləri haqqında Amerika oxucularına, ingilis dilli dünyaya geniş məlumat verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar