Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda torpaq sürüşməsi -Video


Cəlilabadda avtomobil yolunda dərinliyi yarım metr olan çatlar əmələ gəlib


PİA.AZ Region TV-yə istinadən məlumat verir ki, son zamanlar yağıntının normadan artıq düşməsi Cəlilabadda torpaq sürüşməsi ilə nəticələnib. Baş verən sürüşmə nəticəsində avtomobil yolunda dərinliyi yarım metr olan çatlar əmələ gəlib.

Sürüşmə Cəlilabad-Sadatlı avtomobil yolunun müxtəlif hissələrinin çökməsinə səbəb olub. Yolun 2 ayrı hissəsinin dağılması nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Avtomobil yolundan 10-a yaxın kəndin sakinləri mütəmadi istifadə edirlər. Sürüşmə kəndlərin rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.

Yerli sakinlərin verdiyi məlumata görə, əvvəllər sürüşmə az olsa da, bir neçə gün öncə yağan yağış sürüşməni daha da sürətləndirib. Sakinlər bölgədə qorxu içində yaşadıqlarını da bildiriblər.

Cəlilabad Fövqəladə Hallar Komissiyasından bildirilib ki, əraziyə baxış keçirilməsi üçün mütəxəssislər dəvət olunub. Sürüşmə zonasındakı aktivlik yoxlanıldıqdan sonra yolun çökmüş hissələrində bərpa işləri aparılacaq.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar