Cəlilabadda yanğın hadisəsi qeydə alınıb
PİA.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 70 ha sahədə biçilmiş taxıl sahəsi və kol-kos yanıb.
Yaxınlıqdakı nar bağı və günəbaxan sahəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
pia.az