Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda mal-qara kütləvi şəkildə qırılır


Cəlilabad rayonunda mal-qara kütləvi şəkildə qırılmağa başlayıb. Heyvanların nədən tələf olduğu bilinmir


Rayonun Alar kəndinin sakinləri islamazeri.az saytına bildirib ki, artıq bir həftəyə yaxındır mal-heyvanlara xəstəlik düşüb, mal-qara kütləvi şəkildə tələf olur.

“Bu, nə xəstəlikdir - bilmirik, amma bir günün içində xəstələnən heyvan ikinci günə qalmır, tələf olur. Baytarlar da gəıtirmişik, onlar da bu xəstəliyin qarşısında acız qalıblar. Deyilənə görə, bu xəstəlik yabanı bitən qanqal otlarından keçib” - deyə Alar sakinləri bildirib.

Alar kənd sakinlərindən biri olan tanınmış şair Bilal Alarlı isə öz facebook səhifəsində mal-heyvanın tələf olmasından yazaraq bəzi qurumların buna biganə qaldığını da qeyd edib. 

O, bildirib ki, neçə gündür bir kəndli üçün fauna faciəsinin baş verdiyini heç bir KİV işıqlandırmaq istəmir: “İki gündür ki, Cəlilabadın Alar kəndində fauna faciəsi yaşanır: 60-dan çox inək başını yerə qoyub çabalaya-çabalaya ölüb. Rayon Baytarlıq İdarəsinin bütün kollektivi inəklərin başı üzərində əsir-yesirdir. Deyilənə görə, naxır dana-buzovlu zəhərlənib. Harada zəhərlənib, nə ilə zəhərlənib - baytarlar indi bunu araşdırmaqla məşğuldur. Kasıblar hər səhər balalarına verdikləri bir içimlik süddən oldular. Ən qəribəsi də odur ki, bu iki gündə inəklərin kütləvi zəhərlənməsi haqqında informasiya heç bir mətbuat orqanı tərəfindən işıqlandırılmayıb”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar