Son günlər havaların yağmurlu keçməsi cənub bölgəsinin bəzi dağlıq ərazilərində olduğu kimi, Cəlilabad-Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində də torpaq sürüşməsinə səbəb olub
Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkətində bir sıra çətinliklər yaranıb.
Cəlilabad rayon fövqəladə hallar komissiyasının sədri Asif Əzizov AzərTac-a bildirib ki, yeni salınmış yolda sürüşməyə məruz qalmış ərazinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib, avtomobillərin intensiv hərəkəti təmin olunub.
pia.az