Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlil Cavanşir: “Yazıçı Cəlil Cavanşir öldü”

Ədəbiyyatdan getdiyini bəyan etməklə ədəbi cameədə müzakirələrə səbəb olan yazıçı, şair Cəlil Cavanşirlə söhbəti təqdim edirik


- Cəlil, gəl sənin o qəfil qərarından danşaq - ədəbiyyatdan  getməyindən. Niyə belə  qərara gəldin?

- Mən bundan sonra bədii mətn yazmamağa və kitab çap etdirməməyə qərar vermişəm. Amma redaktor və tərcüməçi kimi fəaliyyətimi davam etdirməyi düşünürəm. Bu ölkədə illərdir həyatını ədəbiyyata qurban verən həqiqi ədəbiyyat adamları var və əksəriyyətinin taleyi ürəkaçan deyil. Mən özümü aldatmaq istəmirəm. Əgər imza günümdə yüzdən az oxucu iştirak edirsə, üstəlik 7 il ərzində yazdığım kitabların maksimum tirajı 1000 nüsxədirsə, kimin üçün yazmalıyam?

- Ədəbiyyata varlanmaq üçün gəlmişdin? Guya bilmirdin ki, ədəbiyyatla varlı olmaq olmur?

- Ədəbiyyata məqsədli gəlmək gülməlidir. Azərbaycan reallığını uşaqlıqdan anladığım üçün ədəbiyyatla varlanmaq istəyim olmayıb. Amma indiyə qədər də yazılarımla, tərcümələrimlə, redaktələrimlə yaşamışam. Mən ümumiyyətlə xoşbəxtlik axtarışında deyiləm. Və yazmamaq qərarını verməklə, bütün mənalarda öz fiziki məhvimi gözə almışam. Məsələ maddi deyil, məsələ pul deyil, məsələ mənim kitabdan pul qazanmağım deyil.

- Sən kitabının nə qədər satılmağını gözləyirsən? Bəlkə təqdimatın piarını yaxşı qurmamısan, ona görə az oxucu  gəlib? Axı sənin imzan xeyli populyardır?

- Bu şəkildə 1000 kitab da satılsa məmnun qalmazdım. Çünki, bəziləri 10, bəziləri 15  kitab almışdı. Qaldı, təqdimatın piarına, mən bir qəpik də pul qazanmadığım kitabın təqdimatı üçün niyə piar qurmalıyam? Kitab mağazası, nəşriyyat bu məsələdə həvəsli, maraqlı olmalıdır. Mən eyni məkanda 3 kitabımı təqdim etmişəm və bundan öncəki təqdimatlar normal olub. Mən belə düşünürəm ki, Azərbaycan oxucusu yorulub, heydən düşüb, təqdimatda, imza günündə iştirak etmək onun üçün maraqlı deyil.

- Elə düşünmürsən ki, hər bir yazıçı öz oxucusuna adekvatdır? Onun üçün də kitablarımızın az satılmasından  şikayət etməməliyik?

- Az satılmaq məni ümumiyyətlə narahat etmir. Bir daha təkrar edirəm ki, məni narahat edən ümumi biganəlik, laqeydlikdir. O gün dostlarımdan biri dedi ki, sən xoşbəxt yazıçısan, təqdimatına yazıçıdan, jurnalistdən çox oxucu gəlir. Cəlil Cavanşir şair kimi, yazar kimi sevilir, oxunur. Mənim şeirim var ki, 150 müxtəlif insan səsləndirib. Oxucusuz yazar deyildim. Üç-beş oxunan, müzakirə olunan imzadan biriydim. Sadəcə bütün bunlar ömrümü tükətməyə kifayət deyil. Yel dəyirmanı ilə döyüşməkdən yoruldum. Getdikcə bezdiyimi hiss etdim. Mən laqeydliklə, biganəliklə barışa bilmirəm.

- Bundan sonra ümumiyyətlə yazmayacaqsan, yoxsa yazıb sandıqda saxlayacaqsan?

- Çapa hazır bir romanım, bir hekayələr kitabım vardı. Kompüterin yaddaşındadır. Hələ ki, gərginəm, çox ruhdan düşmüşəm. Yazmaqdan yorulmuşam. Amma bu heç vaxt yazmayacağım anlamına gəlmir. Qəti əminəm ki, yazıçı və ya şair kimi mətnlərimi çap etdirməyəcəm. 14 yaşımdan gündəlik yazıram, bundan heç cür vaz keçə bilmərəm.

Amma heç bir proqramda, heç bir çevrədə yazar kimi görünmək istəmərəm. Ədəbiyyatla bağlı bütün müzakirələr, bütün söhbətlər, bütün problemlər mənim üçün bağlandı. 2018-ci ilin yanvar ayından etibarən yazar kimi heç bir açıqlama, heç bir müsahibə verməyəcəm, televiziya proqramına qatılmayacam. Bunun adı ədəbiyyatdan getməkdirsə, olsun.

- Belə çıxır yazıçı Cəlil Cavanşir bundan sonra olmayacaq.

- Yazıçı, şair Cəlil Cavanşir, üstünüzə sağlıq, öldü. Ən yaxşı halda publisist, tərcüməçi Cəlil Cavanşir var. Ədəbiyyatda heç bir iddiam və hədəfim yoxdur. Dostların uğurlarına baxıb sevinmək, gözəl bir yazıdan, şeirdən zövq almaq ən gözəlidir.

- Özün bilirsən ki, redaktə və tərcüməçilik  də  sən deyən qazanclı  sahə  deyil. Bəlkə  tamam  başqa sahə, ədəbiyyatdan min  kilometr uzaq olan bir işlə məşğul olasan? Heç bu barədə düşünmüsən?

- Əgər belə bir iş tapsam, məmnuniyyətlə məşğul olacağam. Hələ ki, bacardığım işin qulpundan yapışıram. Bir gün qarşıma normal bir iş çıxsa, sevə-sevə çıxıb gedəcəm.

- Və son olaraq belə  zarafatyana sual: ədəbiyyata gəlmişdin ki, gedirsən?

- Şübhəsiz, ədəbiyyatın ən qaynar nöqtəsindəydim. Həmişə gündəmdə olan 5-6 yazardan, şairdən biri olmuşam. Gedirəmsə, deməli ədəbiyyatda idim. İndi bir nəfərlik yer boşalır, vakansiya elan etmək olar.

- Sənə uğurlar olsun. Ümid edək ki, bu, sənin növbəti "hoqqa"ndı.

- Qayət ciddiyəm, hoqqa  vaxtı deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar