Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbrayıl «mədəniyyətinin» kağız üzərində fəaliyyəti və talanan dövlət büdcəsi


Sənədlərə görə Cəbrayıl sakinlərinə hazırda 31 kitabxana, 18 klub, 1 mədəniyyət evi, 1 muzey və 3 uşaq musiqi məktəbi mədəni xidmət göstərir və bu müəssisələrdə 250-dən artıq işçi çalışır. Amma faktiki olaraq bu kitabxana və klubların heç biri yoxdur.


Son zamanlar Mədəniyyət və Turizm Nazirliyinin rayonlardakı filiallarının korrupsiya faktlarıilə bağlı PİA.AZ-a davamlı olaraq məlumatlar daxil olmaqdadır. Maraqlıdır ki, uzun illər boyu rayon və kəndlərdə yüzlərlə klublar və kitabxanalar ancaq sənəddə fəaliyyət göstərir və «fəaliyyətə» görə hər il bu sahəyə milyonlarla manat dövlət vəsaiti sərf olunur. Ayrılan vəsaitlərin demək olar ki, 80 faizi elə rayon Mədəniyyət və Turizm şöbələrinin rəhbərləri tərəfindən mənimsənilir. Mənimsəmə hallarında istər icra hakimiyyətləri, istərsə də, Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxsləri iştirak edirlər.

Bu barədə PİA.AZ-a növbəti məlumat qaçqın rayonlarımızdan biri olan və Biləsuvarda məskunlaşan Cəbrayıl rayonu sakinlərindən daxil olub. Daxil olan məlumatda göstərilir ki, rayon Mədəniyyət və Turizm şöbəsi sözün həqiqi mənasında korrupsiyanın girdabındadır. Belə ki, məlumata əsasən Cəbrayıl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev rayon icra başçısı Mahmud Quliyevə arxalanaraq rəhbərlik etdiyi təşkilatın hesabına ildə külli miqdarda vəsait mənimsəyir.

Bildirilir ki, sənədlərə görə Cəbrayıl sakinlərinə hazırda 31 kitabxana, 18 klub, 1 mədəniyyət evi, 1 muzey və 3 uşaq musiqi məktəbi mədəni xidmət göstərir və bu müəssisələrdə 250-dən artıq işçi çalışır. Amma faktiki olaraq bu kitabxana və klubların heç biri yoxdur. Buna baxmayaraq hər il olmayan klub və kitabxanalara vəsait ayrılır, işçilər maaş alır və cari «təmirlər» aparılır, avadanlıqlar və inventarlar alınır. Bütün bu alqı-satqı, təmir işləri isə ancaq sənədlərdə həyata keçirilir. Ayrılan vəsait sadəcə nəqdləşdirilərək mənimsənilir. 250-dən artıq işçinin isə 80 faizinin «ölü can» olduğu bildirilir.

Daxil olan məlumatda göstərilir ki, Kamran Quliyevin həyata keçirdiyi maliyyə maxinasiyalarında icra başçısı Mahmud Quliyevin öz payı var. Çünki adı olub özü olmayan kitabxanaların, klublara vəsaitlər  birbaşa icra başçısının təlimatı ilə  ayrılır. Bir çox kitabxanalarda, klublarda işləyən şəxslərin sadəcə adları var və onların adına yazılan əmək haqqıları şöbə müdirinin cibinə gedir. 

Qeyd olunur ki, kağız üzərində olan klublarda elə həmin kağız üzrəində də dərnəklər «fəaliyyət» göstərir.  Bu dərnəklərin fəaliyyətinə ayrlıan vəsaitlər isə rayon maliyyə idarəsinin müdiri ilə Kamaran Quliyev tərəfindən bölüşdürülür. 

Məlumatda qeyd olunur ki, Kamran Quliyevin kağız üzərində fəaliyyətindən əldə olunan gəlirlərdən icra başçısı Mahmud Quliyevin payı 50 faizdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar