Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbhədə təxribatın, ardınca təxribat (VİDEO)


Azərbaycan üçün əlamətdar olan günlərdə Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində xüsusi aktivlik nümayiş etdirir. Təxribatın, ardınca təxribat. Bu həftə artıq ikinci dəfədir ki, təmas xəttindən yanğın xəbərləri gəlir. Bu dəfə daha irimiqyas alan yanğınlar neytral sahəyə də keçib.


ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, Ermənistan Silahlı Qüvvələri işğal altındakı ərazilərdə yanğınlar törətməkdə davam edir. Hər il yay mövsümündə ermənilər bu cür təxribata əl atırlar. Artıq üç gündür ki, ermənilər təmas xəttində yanğın törədir. Hazırda yanğının Azərbaycanın nəzarəti altında olan hissəsinə, eləcə də yaşayış məntəqələrinə keçmək etimalı yoxdur.

Kənd sakinlərinin məlumatına görə, yanğın nəticəsində Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdən yırtıcı və sürünənlər yaşayış məntəqələrinə keçir. Bu da əsasən təsərrüfatda çalışan insanların həyatına təhlükə yaradır.

“İşğal altında olan əraziləri ermənilər yandırır. Yanğın nəticəsində minalar patlayır. Sürünənlər yaşayış məntəqələrinə keçir. Bu isə burada yaşayan insanlara əlavə problem yaradır”, – deyə kənd sakini Hikmət Məmmədov bildirib. 

Kənd sakinləri qeyd edirlər ki, Ağdam ərazisində başlayan yanğının miqyası ötən günlərlə müqayisədə daha böyükdür. 



pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar