Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbhədə artan erməni təxribatlarının daha bir pərdəarxası


Düşmən provokasiyalarının Azərbaycandakı seçkini pozmağa hesablandığı, bunun arxasında Rusiyanın dayandığı barədə iddialar var; ekspert: “Seçkilər o halda təxirə düşə bilər ki...”


İşğalçı Ermənistan son sutka ərzində də Azərbaycana qarşı təhdidlərini davam etdirib. 

Qazax rayonundakı mənbələrimizin “Yeni Müsavat”a verdiyi məlumata görə, avqustun 2-si gecə saatlarında Ermənistanın silahlı qüvvələri rayonun Böyük Cəfərli, Bala Cəfərli və Məzəm kəndlərini iriçaplı pulemyotlardan, avtomatlardan və hətta toplardan atəşə tutub.


Mənbəmiz bildirdi ki, Azərbaycan ordusu düşmənin cavabını verərək onu susmağa vadar edib. Atışma gecə yarısına qədər davam edib. Xoşbəxtlikdən düşmən mərmiləri əsasən boş sahələrə düşdüyündən Azərbaycan tərəf itki verməyib, ancaq kəndlərə düşən mərmilər nəticəsində vətəndaşlara məxsus iki ev yanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 174 dəfə pozub. 

Ermənistanının Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı və Aşağı Əskipara kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 236 atəş zərbəsi endirib.



Göründüyü kimi, atəşkəs daha çox Qarabağ cəbhəsində deyil, Ermənistan-Azərbaycan sərhəddində pozulur, özü də ciddi şəkildə. Təbii ki, bu, səbəbsiz deyil və ötən günlərdə yazdığımız kimi, Ermənistanın daha çox həmsərhəd bölgələrimizi, özü də mülki əhalimizi hədəfə alması konkret məqsədlərə hesablanıb. Bundan öncə Tərtərdə toy mağarının atəşə tutulması nəticəsində 3 mülki şəxs - o cümlədən biri uşaq olmaqla - yaralanmışdı.
APA-nın qərb bürosunun verdiyi məlumatda isə bildirilir ki, erməni silahlı bölmələri dünən axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərini yandırıcı güllələrdən intensiv atəşə tutub. Nəticədə Əlibəyli kəndində Tarıyel İsmayılov və Mayıl Ağacanova məxsus evlər yanıb. Əraziyə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib. Erməni silahlı bölmələrinin acdığı atəş nəticəsində 1952-ci il təvəllüdlü Tofiq Kazımov isə qarın boşluğundan güllə yarası alıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən kənd sakinin vəziyyətinin orta ağır olduğu bildirilir. Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov qəzetimizə dedi ki, erməni tərəf Azərbaycanın Ermənistanı artilleriya ilə atəşə tutmasını istəyir: “Ermənistan istəyir ki, Azərbaycan artilleriyası məhz Ermənistanı atəşə tutsun və bundan şou düzəltsinlər. Lakin istənilən halda bütün məsuliyyət Ermənistanın üzərindədir. Düşmən son itkilərə görəndən çox qəzəblidir və onlar bunun əvəzini çıxmaq üçün müxtəlif təxribatlara əl atacaqlar. Odur ki, bizim ordunun şəxsi heyəti son dərəcədə diqqətli və ehtiyatlı olmalıdır”.
Hərbi ekspert Azad İsazadə bildirib ki, ümumiyyətlə, beynəlxalq konvensiyalara görə, mülki obyektlərə və mülki şəxslərə atəş açmaq qadağandır: “Sözsüz ki, erməni tərəfinin bu cür provakativ əməllərinə Azərbaycan tərəfinin hərtərəfli adekvat cavab vermək hüququ var. Bu o demək deyil ki, elə həmin vaxt cavab veriləcək. Hansı zamanda düşmənin bu əməlinin cavabının verilməsini komandanlıq müəyyənləşdirir. Həm də bu, o anlama gəlmir ki, biz də ermənilər kimi mülki şəxslərə atəş açmağa başlayacağıq. Hansısa adekvat addımla erməniləri bir daha mülki şəxslərimizə güllə atmamağa təhrik etmək lazımdır”.

Bəs son 10-12 gündə 10 nəfər əsgərini itirdiyini açıqlayan erməni tərəfinin prezidentlərin görüşü öncəsi bu cür provokasiyalara getməsinin səbəbi nədir? Bəlkə forpost ölkəni bu cür həyasızlıqlara təhrik edən üçüncü qüvvə var?



Politoloq deyir ki, üçüncü qüvvə həmişə olub: “Sadəcə olaraq bu, ilk dəfə deyil ki, biz prezidentlərin görüşü öncəsi cəbhəboyu ermənilərin təxribatları ilə rastlaşırıq. Bu cür təxribatlara getmək Ermənistanın problemidir. Yəqin ki, iki tərəf də maraqlıdır ki, görüş normal şəraitdə keçsin. İşğalçı Ermənistan provokasiyaların qarşısını almaq üçün tədbir görməsə Azərbaycanın ixtiyarı var ki, bunun qarışılığını versin”.
***
Bu arada Ermənistan mətbuatı sentyabrın 2-də müdafiə naziri Seyran Ohanyanla Rusiyanın İrəvandakı səfiri İvan Volınkin arasında görüşün olduğu xəbərini yayıb. Görüşdə iki ölkə arasındakı əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilir. Xatırladaq ki, eyni gündə Rusiyanın XİN başsısı Sergey Lavrov Bakıda səfərdə idi və Azərbaycan prezidenti tərəfindən qəbul olundu. Məhz bu günlərdə Ermənistan ordusu Azərbaycanla sərhəddə xeyli aktivləşdi, mülki əhalimizi atəşə tutdu, yaralananlar oldu. Lavrovun baş verənlərə bir kəlmə ilə də olsa, reaksiya verməməsi, üstəlik rusiyalı səfirin Ohanyanla bir araya gəlməsi baş verənlərin arxasında rus barmağının olması barədə şübhələri artırır. Bəzi ekspertlər iddia edir ki, Lavrov Putinin xüsusi təklifləri ilə gəldiyi üçün 102-ci hərbi bazanın potensialından istifadə edərək Azərbaycana qarşı “erməni təxribatları”nı da çoxaldıb, hətta mülki əhaliyə qarşı amansız olduğunu nümayiş etdirməklə Bakıya öz şərtlərini diktə etdirməyə çalışıb.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vəziyyəti “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı getdikcə təxribatların miqyasını atırmasını təsadüfi saymır. Üstəlik, o xatırlatdı ki, Ermənistanın ağası Rusiya bu təxribatlara görə strateji müttəfiqinə bir söz belə demir: “Sanki elə belə də olmalıdır. Axı, sözdə Moskva Azərbaycanı ”dost dövlət" adlandırır. Belə olan halda dostuna qarşı bu təxribatlara niyə göz yumur, niyə təsirindəki dövlətin əl-ayağını yığışdırmır? Görünür, marağı yoxdur. Misal üçün, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfər etdi. Mənim üçün bu səfərin əhəmiyyətsiz olduğu əvvəlcədən bəlli idi. Lavrov az qala hər il Bakıya gəlir, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə zərrə qədər də müsbət təsiri olmur".

Ekspertin sözlərinə görə, Lavrovun bu dəfəki səfəri təxribatların miqyası ilə yadda qalıb: “Fikir verək, Lavrovun Bakıya gəldiyi gün nələr baş verdi? Ermənistan prezidenti Serj Sərkisyan işğal altındakı ərazilərdə peyda oldu. Bu, işğalçının birinci təxribat idi. İkinci təxribat Qazax istiqamətində 2 hərbçimizin ermənilərin atəşi nəticəsində şəhid olması idi. Üçüncü təxribat Tərtərdə baş verdi, işğalçılar toy karvanını atəşə tutdular. Qarabağda qeyri-qanuni məskunlaşan Qerman Sterliqovun Moskva hava limanında sərbəst buraxılması dördüncü təxribat oldu. Lavrov bu təxribatların birinə də münasibət bildirmədi, heç  Bakıda mətbuat konfransı düzənləməyi də lazım bilmədi, verilən suallara nə cavab verəcəkdi ki?”
Ermənistanın indiki böhranlı durumda Azərbaycana qarşı aqressivləşməsi barədə müxtəlif təxminlər var. Ehtimallardan biri budur ki, düşmən ölkənin rəhbərliyi diqqəti daxildəki durumdan yayındırmaq üçün növbəti dəfə Azərbaycanla müharibə vəziyyətini vətəndaşlarına xatırladır. Xatırladaq ki, erməni müxalifəti sentyabr ayında fasiləsiz aksiyalara start veriləcəyi barədə xəbərdarlıq ediblər. Sərkisyanın əlində yeganə təzyiq rıçağı müharibədir. Digər arqument kimi Azərbaycanda 1 noyabrda keçiriləcək parlament seçkilərinə diqqət çəkilir. Bəzi müşahidəçilərin fikrincə, İrəvan Azərbaycandakı seçkiləri pozmaq üçün vəziyyəti süni şəkildə gərginləşdirir.



Xatırladaq ki, konstitusiya dəyişikliklərinə görə, müharibə şəraitində ölkədəki seçkilərin təxirə salınması mümkündür. Azərbaycanda istənilən pozitiv dəyişikliklərdən narahat olan İrəvan və onun dəstəkçiləri şübhəsiz ki, bu siyasi kampaniyanı əngəlləmək istərdilər. Ancaq hesab olunur ki, bu, yalnız Ermənistanın arzu və istəyi deyil, arxasında Moskvanın planlarının olması da mümkündür. Kremlin parlamentidə özü üçün “kvota” istəyinə düşməsi barədə yazmışdıq. Bu mənada iddialar var ki, Rusiya Azərbaycanda seçki istəklərinin təmin olunmasına razılıq almayacağı halda müharibəni alovlandıra biləcəyi haqda xəbərdarlıq mesajını verir. Bəllidir ki, Ermənistan Azərbaycana qarşı heç vaxt belə cəsarət nümayiş etdirə bilməzdi, arxadan Rusiyanın “davay” kəlməsini eşitməsəydi...

E.Şahinoğlu da o fikirdədir ki, Ermənistanın artan təxribatları iki səbəblər əlaqəlidir: “Birincisi, Ermənistanda iqtisadi və sosial vəziyyət ağırdır. Ermənistan prezidenti Sərkisyan problemlərin həllində çarəsiz qalıb, ölkədə maliyyə də yoxdur ki, nəyisə düzəltsin. Bundan çıxış yolu kimi də sərhəddə təxribat həyata keçirməkdə görür. Məqsəd ölkə ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmaqdır. İkincisi, Ermənistan ordusu növbəti dəfə Azərbaycanla sərhəddə təxribat törədib, hərbçilərimiz şəhid olublar. Qazaxın Qarabağa nə aidiyyəti var ki, düşmən bu hissədə nisbi sakitliyi pozur? 

Biz Dağlıq Qarabağ və ətraf rayonları işğalçılardan azad etmək istəyirik, bu istiqamətdə döyüşü qəbul etməyə hazırıq. İşğalçı isə bizə başqa istiqamətlərdə problemlər yaratmaqla işarə edir ki, Azərbaycan ordusu Dağlıq Qarabağ və ətraf rayonları azad etmək istəsə, bu ərazilərə dəxli olmayan istiqamətlərdə bizə problem yaradacaq. Bu İrəvanın növbəti yanlışıdır. Bəli, Dağlıq Qarabağ uğrunda müharibə başqa ərazilərə də keçə bilər. Ona görə də Azərbaycan ordusu döyüşü bütün istiqamətlərdə qəbul etməyə hazır olmalıdır. 

İşğalçı Tərtərdəki mülki tədbiri gülləbaran etdi, demək qarşı tərəf buna verilən cavaba da hazır olmalıdır. İşğalçı başını o qədər itirib ki, işğal altında saxladığı Sərsəng su anbarından da bizə qarşı istifadə edə bilər. Ancaq bu təxribat da cavabsız qalmayacaq. Azərbaycan illərdir ona görə silah və sursata milyardlarla dollar xərcləmir ki, işğalçının təxribatlarına seyrçi qalsın. Atəşkəsin intensiv pozulmasının və bu təxribatların Azərbaycandakı parlament seçkilərini pozacaq gücə malik olduğunu düşünmürəm. İşğalçı bizim hərbçiləri şəhid edirsə, hər dəfə bundan daha ağır cavab alır. Azərbaycan hərbçiləri torpaq uğrunda şəhid olurlar, ölkədə hamı bunu anlayışla qarşılayır. Ermənistan hərbçiləri isə Qarabağda ölürlər və Ermənistan sakinləri buna etiraz edirlər, çünki Qarabağı özlərinki saymırlar. Fərqimiz bundadır”. 

Politoloq təxribatların seçkilərə hesablanmasını da istisna etmir: “Azərbaycanda parlament seçkiləri yalnız müharibənin başlaması halında təxirə salına bilər. İşğalçının atəşkəs pozuntuları seçkiyə mane ola bilməz. Ermənilərin seçkiləri pozmaqla bağlı istəkləri ola bilər, ancaq təsir edəcəyini düşünmürəm. Həm də axı, bizdə seçki xüsusi nəzarət altında keçir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar