Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov vətəndaşların kompensasiyasını mənimsəyib?


“Azəryolservis” ASC-nin sifarişi ilə Bakı-Şamaxı yolunun 80-ci kilometrliyində çəkilən yol bir vətəndaşın başına dərd açıb.


Qobustan rayonunun Ceyrankeçməz kəndində yol çəkilişinə görə Rafiq Məmmədovun həyəti zəbt olunub, evi isə yaşayış üçün yararsız vəziyyətə düşüb. Bu ərazidə 4 zolaqlı yol çəkildiyi və genişləndirildiyi üçün R.Məmmədovun yaşadığı evin həyəti plana salınıb.

Mülk sahibinin evi qanuni tikilidir və sənədləşdirilib. Ancaq vətəndaşın zəbt edilən həyətinə və yaşayış üçün yararsız hala salınan evinə görə “Azəryolservis” ASC tərəfindən ona nə kompensasiya verilir, nə də ərazini tərk etməsi tələb edilir. Vətəndaşın həyəti çəkilən yolun gözünə qatılıb, evi şosse yolun kölgəsində itib-batıb, ona isə heç bir izahat verilməyib. R.Məmmədov sənədlə aldığı torpağın böyük hissəsinin “Azəryolservis” tərəfindən zəbt edilməsinə görə ona heç bir xəbərdarlıq edilmədiyini deyir.

Xatırladaq ki, yaşayış evinin tikintisinə yalnız magistral yoldan qanunla müəyyən edilmiş məsafədə yerləşdiyi halda icazə verilir. Rafiq Məmmədov da icra hakimiyyətindən torpağını o şərtlərlə alıb və 25 il əvvəl yaşayış evi tikib. Hazırda isə onun həyəti magistral yolun genişlənməsi səbəbindən zəbt olunub, həyətinin hasarı dağıdılıb, evi isə yolun bir addımlığına düşüb.

Şosse yolda baş verən arzulanmaz qəzanın R.Məmmədovun həyatını cəhənnəmə çevirəcəyi istisna deyil.

Onu bu vəziyyətdə yaşamağa vadar edən “Azəryolservis” ASC-nin yerli podratçısı isə əvvəlcə hər şeyin nəzərə alındığını şifahi şəkildə bildirsə də, sonradan kompensasiyadan birmənalı imtina edib. “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, ASC həmin ərazidən keçən yolun tikintisi ilə məşğul olan qurumla məsələni dəqiqləşdirdikdən sonra açıqlama verə bilər. Qeyd edək ki, ASC rəhbəri Cavid Qurbanov Bakıda Ziya Bünyadov prospektinin genişləndiriləcəyi yol üstündəki tikililərin söküləcəyi halda kompensasiya ödəniləcəyini açıqlamışdı. ASC rəhbəri nədənsə analoji addımı Ceyrankeçməzdə atmaq istəmir.
(axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar