Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini yoxlatdırdı, baş mühasib özünü asdı - İddia


Bir neçə gün bundan əvvəl Şirvanda baş vermiş intihar hadisəsinə dair sensasion detallar məlum olub


Virtualaz.org saytının əldə etdiyi məlumata görə “Azərbaycan Dəmir Yolları” QSC-nin yerli idarəsinin baş mühasibinin intiharına səbəb QSC-nin rəhbəri Cavid Qurbanovun xüsusi göstərişi ilə aparılan yoxlama və üzə çıxan külli miqdarda yeyinti, korrupsiya faktlarıdır.

Üstəlik məlum olub ki, həmin idarənin rəisi nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərindən biridir.

İnformasiya agentliklərinin xəbərlərində deyilirdi ki, iyulun 18-də günorta saatlarında Şirvan şəhəri, Natəvan küçəsi, 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.

İntihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsinin baş mühasibi olub. İntiharın mümkün səbəblərinin araşdırıldığı göstərilirdi.

İndi isə virtualaz.org saytı özəl mənbələrdən məlumat əldə edib ki, həmin idarədə Cavid Qurbanovun göstərişi ilə yoxlama aparılıb. Yoxlama nəticəsində ciddi qanun pozuntuları, xüsusilə iri məbləğdə dizel yanacağının mənimsənilməsi aşkar edilib. 

Həmin yanacaq “Azərbaycan Dəmir Yolları” QSC-yə dövlət qiymətindən aşağı qiymətə ayrılmışdı və dəmir yolu ilə daşınaraq topdansatış bazalarında satılırdı.

Məlum olub ki, idarənin rəisi Ziya Məmmədovun bacısının əri Adil Məhərrəmovdur. Bundan əlavə idarədə nazirin xeyli yaxın və uzaq qohumları da işləyir. Cavid Qurbanovun göstərişi ilə pozuntularda adı keçən bütün vəzifəli şəxslərin, o cümlədən Adil Məhərrəmovun işdən çıxarılacağı gözlənilir.

Adil Məhərrəmov isə virtualaz.org saytının əməkdaşının onun başçılıq etdiyi idarədə aparılmış yoxlama barədəki sualını cavablandırmaqdan imtina etdi. İdarə rəisi əvvəlcə məlumatın mənbəyi ilə maraqlandı.

“Bunu sizə kim deyib?”- deyə rəis əsəbi tonda soruşdu.

Daha sonra “Yoxlama barədə məlumatı sizə kim veribsə, gedin onunla dəqiqləşdirin, bizdə yoxlama-filan olmayıb” deyib, telefonu qapatdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar