Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cahangir Novruzov medalla təltif edildi


Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov medalla təltif olunub.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə, türk dünyasının mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə Cahangir Novruzova "TÜRKSOY-un 20 illiyi" yubiley medalına layiq görülüb. Medalı TÜRKSOY-un baş katibi Düsen Kaseinov həmyerlimizə təqdim edib.

Medalın təqdimatı Türkiyənin Sabancı Vəqfi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Adana şəhərində XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalının açılışı çərçivəsində baş tutub. Mərasimdə Adana Bələdiyyəsinin sədri Hüseyin Sözlü də iştirak edib.

Bir ay davam edəcək XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalında Türkiyədən 5, xarici ölkələrdən 16 teatr kollektivi iştirak edir. Azərbaycanı festivalda Akademik Milli Dram Teatrı M.F.Axundovun "Lənkəran xanının vəziri" tamaşası ilə təmsil edəcək ("Trend").


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar