Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cahangir Hacıyev aclıq edir


"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev 7 gün müddətinə 13 saylı cəzaçəkmə müəssisəsinin cərimə kamerasına (kars) salınıb


Bu barədə vəkil Fəxrəddin Mehdiyev cəzaçəkmə müəssisəsindəki qeyri-rəsmi mənbələrə istinadla bildirib.

Vəkillər cəzaçəkmə müəssisəsinin rəhbərliyindən və Penitensiar Xidmətdən Hacıyevin taleyi haqqında rəsmi məlumat ala bilmir.

Vəkil hesab edir ki, Hacıyev cərimə kamerasına çərşənbə axşamı axşam saatlarında salınmış ola bilər.

Mehdiyev çərşənbə günü cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşə bilməyib.

"Mənə dedilər ki, cəzaçəkmə müəssisəsinin rəisi işdə deyil, ona görə icazə vərəqəsi imzalana bilməz. Bu gün (sentyabrın 28-də) həmkarım Aqil Layıcov da eyni səbəblə Cahangir Hacıyevlə görüşə bilməyib. Penitensiar Xidmətdən cəzaçəkmə müəssisəsinin rəisinin işdə olmadığını, buna görə icazə vərəqəsi verilmədiyini bildiriblər. Amma bizdə olan məlumata görə cümə axşamı rəis yerində idi", deyə Mehdiyev bildirib.

Vəkil qeyd edib ki, cəzaçəkmə müəssisəsinin daxilindən sızan məlumata görə, Hacıyev 7 günlük cərimə kamerasına salınıb və buna etiraz əlaməti olaraq orada aclıq elan edib.

Mehdiyev bunun səbəblərini birmənalı olaraq söyləməyə çətinlik çəkib.

Amma vəkilin sözlərinə görə, ilk gündən cəzaçəkmə rəhbərliyi tərəfindən Hacıyevə qarşı "qərəzli münasibət var".

Bu, vəkillərin Hacıyevə çatdırdığı qeydlərin diqqətlə yoxlanmasında, müdafiəçilərin özlərinin üzərində axtarış aparılmasında özünü göstərir, deyə Mehdiyev qeyd edib.

Vəkil Hacıyevin cərimə kamerasınasalınmasının səbəbinin yerli saytlardan birinə qiyabi müsahibəsi ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, həmin müsahibədə Hacıyev hökumətin banklara və sahibkarlığa qarşı siyasətini kəskin tənqid edib, xüsusən maliyyə naziri Samir Şərifovun ünvanına kəskin ifadələr işlədib.

Vəkil Hacıyevin "uzun illər rəhbər vəzifələr tutan ziyalı bir insan olaraq cəzaçəkmə müəssisəsinin daxili nizam-intizamını poza biləcəyinə" şübhə ifadə edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkar edilib. ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə bir sıra filialların keçmiş rəhbərləri də həbs cəzalarına məhkum edilib.

Hacıyev istintaq tərəfindən 80 mln. manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunub, bir halda ki, KİV-in məlumatına görə bankın problemli kreditlərinin məbləği 6 mlrd. manata çatırdı. ("Amerikanın səsi")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar