Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CNN üç jurnalisti işdən azad etdi


CNN telekanalı Rusiya ilə bağlı dərc edilən, ardından redaksiya standartlarına uyğunsuzluğuna görə, saytdan silinən materiala görə üç jurnalisti işdən azad edib


“Report” xəbər verir ki, bu barədə CNN-in saytında deyilir.

Məlumata görə, araşdırma şöbəsinin icraçı redaktoru Tomas Frenk, araşdırma şöbəsinin redaktoru Erik Liçtblau və bu şöbəyə nəzarət edən Leks Heris istefa verib. “Məqalənin “CNN.com” saytından silinməsinin ardından CNN materialın dərc ilə əlaqəli əməkdaşlarından istefa ərizələrini qəbul edib” – telekanalının rəsmi nümayəndəsi bildirib.

Telekanal daxilində aparılan araşdırma zamanı məqalənin nəşri zamanı redaksiya prosesi qaydalarına əməl edilmədiyi aşkar edilib.

Konqresin guya Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) prezident Donald Trampın administrasiyası ilə əlaqələrini araşdırmasından bəhs edən məqalədə bir anonim mənbənin fikirləri yer alıb.
“Belə məsələlər CNN-də bir neçə daxili şöbə tərəfindən yoxlanılır, sonra dərc olunur. Redaksiya prosesindəki nasazlıq CNN rəhbərliyini narahat edib”, – telekanaldan bildiriblər.

Qeyd edək ki, iyunun 22-də CNN-in saytında ABŞ prezidentinin biznes ilə əməkdaşlıq üzrə keçmiş müşaviri Entoni Skaramuççinin D.Trampın inauqurasiya mərsimindən cəmi 4 gün öncə RBİF rəhbəri Kirill Dmitriyev ilə görüşü barədə bəhs edən məqalə dərc edilib. Telekanal Konqresin də bu məsələ ilə maraqlandığını qeyd edib.

Amma yekunda CNN Skaramuççidən üzr istəyərək məqaləni saytdan silib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar