Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CİA-nın qurduğu pusqu...


MİT-in planı necə ifşa olundu?


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 72-ci sessiyasında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Əl-Monitor” nəşrinə müsahibə verdi. 

Müsahibədə jurnalist Çavuşoğludan Milli İstihbarat Təşkilatının (MİT) PKK terror təşkilatı tərəfindən qaçırılan iki əməkdaşı ilə bağlı sual verib.

Çavuşoğlu PKK-nın dinc sakinlər, həkimlər və polislər daxil olmaqla, hər kəsi qaçırdığını və ölkənin bütün qurumlarının qaçırılan vətəndaşları qaytarmaq üçün çalışdığını bildirib. Həmçinin qeyd edib ki, 2 MİT əməkdaşının geri qaytarılması üçün PKK ilə hər hansı birbaşa əlaqə qurulmayıb.

Publika.az Türkiyənin “Aydınlıq” qəzetinə istinadən xəbər verir ki, bu müsahibədən sonra ABŞ-PKK ittifaqı barədə yeni sübutlar ortaya çıxıb.

Nəşrin yazdığına görə, ABŞ PKK-nın liderlərindən olan Cəmil Bayıka qarşı Türkiyə tərəfindən əməliyyatın hazırlandığı barədə məlumatı terror təşkilatına sızdırıb. Bildirilir ki, MİT bu ilin iyul ayında Cəmil Bayikin bel ağrıları ilə əlaqədar Süleymaniyədə bir xəstəxanaya yerləşəcəyi barədə informasiya əldə edir. Bundan sonra MİT Cəmil Bayıkın tutulması üçün əməliyyat hazırlığına başlayıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) isə MİT-in planından xəbər tutub. CİA Kürdistan Vətənpərvər Birliyi (KYB) vasitəsilə MİT-in planı barədə PKK-ya məlumt ötürür və nəticədə Bayik xəstəxanaya gəlmir. Əməliyyat üçün bölgəyə gedən qrup geri dönməyə məcbur olur. Lakin qrup Süleymaniyyə-Ərbil yolunda PKK-nın pusqusuna düşür. Onların arasında iki MİT üzvü də var idi.

Bu hadisədən sonra KYB-nin Türkiyə nümayəndəliyi bağlanır. Nümayəndəliyin rəhbəri Bəhroz Gelali isə deportasiya edilir. O, “Aydınlıq” nəşrinə açıqlamasında nümayəndəliyin bağlanmasının MİT üzvlərinin tutulması ilə bağlı olduğunu bildirib. Amma Gelali PKK ilə hər hansı əlaqənin olmadığını iddia edib.

PKK isə MİT üzvlərinin əlində olduğunu və yaxın vaxtlarda adlarının açıqlanacağını bəyan edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar