Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün yollar Qarabağa aparanda...

Artıq bütün diqqətlər Romaya yönəlib. “Qarabağ” üçün. Düzdü, bu oyun “Qarabağ”ın qrupdakı taleyi baxımından önəmli deyil


Amma Qarabağ üçün önəmlidir. Həm bu oyun, həm bundan əvvəlkilər, həm də bundan sonrakılar. Bu gün bütün diqqətlər Romaya yönəlib, çünki bütün yollar Qarabağa aparmalıdır...
 
Yol demişkən...
 
Hərə Qarabağa qayıtmağın bir yolunu düşünür. Kimisi deyirdi ki, Qarabağa yol Təbrizdən keçir. Kimisi hesab edirdi ki, Qarabağa getmək üçün mütləq İstanbuldan keçmək lazımdı. Kimisi bu yolun Moskvadan keçdiyini düşünür. Hətta bu yolun Kərbəladan keçdiyi fikrində olanlar da var...
 
İndi şükür ki, Təbrizə getmək bir o qədər də müşkül deyil. Heç viza da tələb olunmur. Moskva da ki, özümüzündü. İstanbul su yoluna dönüb. İraqda qan-qada, müharibə, gündə bir partlayışa baxmayaraq, Kərbəlaya gedənlərimiz də ilbəil artır. Olsun.
Amma hələ də Qarabağa gedə bilmirik...
 
Bütün yollar Romaya aparırdı.
 
Bilirsiz niyə?
 
Çünki Roma Roma idi. Hər şeyin əvvəli də, axırı da Romada idi. Roma köhnə qitənin mərkəzi idi. Həm maddi, həm də mənəvi. Buna görə də hamı Romaya can atırdı...
 
Hamı Romaya can atırdı.
 
Bəs indi biz hara can atırıq?
 
Qarabağa can atırıq?
 
Çətin sualdı.
 
Amma məntiqi cavabı var...
 
Əgər biz hamımız Qarabağa can atsaydıq, bütün yollar Qarabağa aparardı.
 
Əgər bütün yollar Qarabağa aparsaydı, biz Qarabağa gedə bilərdik.
 
Axı Qarabağ çox da uzaq deyil...
 
Bu gün diqqətlər Romaya yönəlib. Çünki “Qarabağ” Romadadı.
 
“Roma” da Qarabağa gələcək. Bütün yollar Qarabağa aparanda.
  
Asəf Quliyev(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar