Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq

Şagirdlərin 1-ci sinfə qəbulunun elektron qaydada həyata keçirilməsi bütün ölkə üzrə tədricən tətbiq olunacaq


Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

E.Əmrullayev bildirib ki, yeni dərs ilində Bakıdan başqa, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda da şagirdlərin 1-ci sinfə qəbulu elektron formada aparılacaq.

Şöbə müdirinin sözlərinə görə, 1-ci sinfə qəbulun elektron formada aparılması bir sıra neqativ halların qarşısını əsaslı şəkildə alacaq. Bu, eləcə də valideynlərin işini xeyli asanlaşdıracaq:

"Valideynlər məktəbə getmədən uşaqlarının birinci sinfə qəbulunu elektron qaydada həyata keçirə biləcəklər. Eyni zamanda, elektron qaydada müəllim seçimlərini də edə biləcəklər".

E.Əmrullayev qeyd edib ki, proses uğurlu olarsa, bütün ölkədə şagirdlərin 1-ci sinfə qəbulunu elektron qaydada həyata keçirmək niyyətindirlər: "Biz bunu bu il bir neçə şəhərdə pilot layihə formasında həyata keçirəcəyik. Əgər uğurlu olsa, elektron sistemi ölkə üzrə həyata keçirmək niyyətindəyik. Bütün uşaqlar bu sistem vasitəsilə məktəbə qəbul olunduğu halda Təhsil Nazirliyində vahid məlumat bazası da yaradılacaq. Bu da imkan verəcək ki, idarəetmə ilə bağlı düzgün və çevik qərarlar verilsin".(trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar