Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün məmurlar zəkat verməyə məcbur edildi


Ödənişlərin tənzimlənməsi prosesinə adət-ənənələr və dini işlər üzrə komitə nəzarət edəcək


Tacikistan respublikası prezidentinin qızı, prezident icra aparatının rəhbəri Ozoda Rahmon bütün məmurları Ramazan bayramının başa çatması  münasibəti ilə fitrə zakatı verməyə məcbur edib. 

ANS PRESS-in məlumatına görə, bu barədə "TacikTA" agentliyindən bildirilib.
"Bütün tacik məmurlar rəsmi surətdə ehtiyacı olanlara, yetimlərə, kimsəsizlərə Ramazan ayının sona çatması münasibəti ilə zəkat verməyə məcbur edilib", - deyə Ozoda Rahmanın imzası ilə göndərilən faksa əsasən bildirilib.

Vilayətlərin rəhbərləri şəhər və digər inzibati bölgülərin verdiyi ianələr haqqında hesabat verəcək. Onlar ödənilən məbləğ barədə məlumatı prezident administrasiyasına təqdim etməlidirlər. Ödənişlərin tənzimlənməsi prosesinə adət-ənənələr və dini işlər üzrə komitə nəzarət edəcək.

Orucun mühüm əməllərindən biri olan zəkatın vaxtında-Ramazan ayının son günündə çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasında şərait yaradır.

Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlman ailənin hər bir üzvü fitrə zəkatı verməsi vacibdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar