Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Burun əməliyyatında ölən gənc qız təzəcə tələbə olubmuş


Gəncin doğmaları həkimləri reanimasiyalıq elədilər; Adil Qeybulla: “Bu cür halların hər biri araşdırılmalı və fərdi yanaşılmalıdır”


İnsanların gözəlləşmək istəyi bəzən onların həyatına son qoyur. Zahiri görkəmindən narazı qalıb qüsurlarını aradan götürtmək niyyətində olanlar isə bir çox hallarda  uğursuzluğa düçar olurlar. 30-40 dəfə əməliyyata girib istədiyi nəticəni əldə edə bilməyən məşhurların da sayı kifayət qədərdir. 

Ümumiyyətlə, estetik əməliyyatın böyük risk olduğunu düşünənlər və qüsurları olmasına baxmayaraq bundan yayınan insanlar da var. Amerika və Avropada geniş yayılan estetik əməliyyatlar Azərbaycanda da vüsət alıb. Əvvəllər bu “gözəllik əməliyyatları”na yalnız müğənnilər, aktrisalar girirdisə, indi sadə vətəndaşlar da girir. Bunların arasında burun əməliyyatları çoxluq təşkil edir. Hətta küçədə insanların, xüsusən də xanımların burunlarına diqqət etsək, bizdə sanki onların burunlarının eyni olduğu təəssüratı yaranacaq. Çünki eyni formada əməliyyat edilir. Bəzən də burun estetik əməliyyatları uğursuzluqla nəticələnir. 

Ötən gün Gəncədə 17 yaşlı qız burun əməliyyatı zamanı dünyasını dəyişib. Burun çəpərindən əməliyyat edilməsi üçün mərkəzə daxil olan 1999-cu il təvəllüdlü Aygül Orucovanın səhhəti əməliyyatdan sonra pisləşib və ona 30 dəqiqəyə kimi tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər. Bu barədə APA-ya əməliyyat aparılan “Yeni Gəncə” özəl tibb mərkəzindən məlumat verilib. Məlumata görə, ötən gün mərkəzdən bildirilib ki, A. Orucovanın qohumları əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Xəsarət alan həkim və anestezioloq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Aygül Orucova bu il Bakı Dövlət Universitetinə qəbul olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.  

Xatırladaq ki, bu baş verən ilk hadisə deyil. Ötən il də Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi 18 yaşlı Leyla Mürsəlova burun əməliyyatı zamanı dünyasını dəyişmişdi. Dünya təcrübəsində də estetik əməliyyat zamanı həyatını itirən kifayət qədər insanlar olub. Bu cür ölüm hallarının baş verməsinə səbəb  həkim səhlənkarlığıdır ya yox, bunu demək hələ ki tezdir. Ümumiyyətlə, ölüm riski bütün əməliyyatlarda olduğu kimi estetik əməliyyatlarda da ola bilər. Burun, döş və üz gərdirmə kimi əməliyyatlar zamanı əgər xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. 

Amma liposaksiya, yəni yağ aldırma əməliyyatlarında bu faiz mində bir, ya da mində iki ola bilər. Liposaksiya əməliyyatlarında yağ parçacıqlarının damarları tıxaması nəticəsində yağ emboliyası baş verə bilər ki, bu da ölüm səbəbidir. Ümumən həkim əməliyyat qərarını vermədən öncə xəstəni hərtərəfli müayinə etməli, onun narkoza davamlılığını, ürək və digər orqanlarını, qan analizlərini yoxlamalıdır. Hətta vəziyyəti ağır olan xəstələr belə yetərli müayinə və müalicə olunduqdan sonra istədikləri estetik əməliyyata hazır ola bilirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bu cür hallar araşdırılmalı və fərdi yanaşılmalıdır: “Bu hadisənin səbəbi araşdırılmadan rəy vermək düzgün deyil. 

Xəstəxanada, əməliyyat zamanı dünyasını dəyişmiş hər bir şəxs mütləq tibbi ekspertizadan keçməli, müayinə olunmalı, ölümün səbəbi aydınlaşdırılmalıdır. Yalnız bundan sonra biz günahkar axtara bilərik. Yoxsa bizim danışdığımız bütün söhbətlər predmetsiz söhbətlər olacaq. Ona görə ki, biz burada ölümün səbəbini bilmirik. Ona görə də hesab edirəm ki, bu cür məsələlərin hər birinə ekspertiza rəyi olduqdan sonra düzgün və obyektiv rəy vermək olar. Burunun əməliyyat səbəbi çox ola bilər. Həmçinin burunda müəyyən qüsurlar ola bilər ki, onların korreksiyası həyata keçirilsin. Amma əsas məsələ odur ki, bu əməliyyat zamanı ümumi narkoz həyata keçirilir. Buna görə də yanaşı, ağır xəstəlikləri olanlar həyati göstərişi yoxdursa, narkoza girə bilməzlər. Amma müəyyən ağırlaşmalarda əməliyyat olunmalıdır. Ona görə də bu cür halların hər biri araşdırılmalı və fərdi yanaşılmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar