Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bura mədəniyyət evidir? - Salyan Mədəniyyət və Turizm şöbəsinin müdiri elə düşünür


Salyan rayon Yenikənd kəndində yerləşən Aşıq Pənah adına kənd Mədəniyyət evi müharibə zonasında yerləşir?


Bu sual həm Mədəniyyət və Turizm Nazirliyinə, həm də Salyan Mədəniyyət və Turizm şöbəsinin mdiri Toğrul Cavadova ünvanlanır.

Ölkədə dövlət büdcəsindən ayrılan vəsaitlərin müxtəlif ilər görülməsi adı altnda silinəərk mənimsənilməsi artıq adı hala çevrilib. Son illər büdcədən Mədəiyyət və Turizm Nazirliyin rayon şöbələrinə  ayrılan yüz min manatlarla vəsaitlərin xərclnməsində korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuatda mütamadi olaraq məlumatlar dərc olunur. Hətta Dövlət Hesablama Palatasıda son illər rayon Mədəniyyət və Turizm şöbələrində apardığı yoxlamalarda ciddi şəkildə maliyyə vəsaitlərinin mənimsənilməsi fakatlarını üzə çıxarıb. 

Bu gün ölkənin əksər rayonlarındakı kənd mədəniyyət evləri, klubları, kitabxanaları bərbad haldadır. Onlar uçub dağılır, hətta bəzilərində belə fəaliyyət göstərmək mükün deyil. Lakin lMəədniyyət və Turizm Nazirliynin rayon şöbələri müdirləri dağılmış, uçulmuş, bərbad vəziyyətdə olan bu mədəniyyət evlərinin, kitabxanaların, klubların adına külli miqdarda vəsaitlər silərək mənimsəyirlər. Belə bir Mədəniyyət və Turizm şöbələrindən biri də Salyanda yerləşir. 



Qeyd edək ki, Salyan rayon Mədəniyyət və Turizm şöbəsi tabeliyində 109 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Onlardan 16 mədəniyyət evi (1 rayon mədəniyyət evi, 1 qəsəbə mədəniyyət evi, 14 kənd mədəniyyət evi), 30 klub (25 kənd klubu, 5 şəhər klubu), 2 muzey (1 Tarix-Diyarşünaslıq vmuzeyi, 1 Heydər Əliyev muzeyi), 55 kitabxana (1 Mərkəzləşdirilmiş Kitabxana ,1 uşaq, 1 gənclər, 5 şəhər, 47 kənd kitabxanası), 1 Dövlət Kukla Teatrı, 1 kinoteatr (fəaliyyəti müvəqqəti dayandırılıb), 1 Dövlət Rəsm Qalereyası, 1 Mədəniyyət və İstirahət Parkı, salyanlıların musiqi zövqünün formalaşmasına dəstək olan 2 musiqi mərkəzi ( İncəsənət məktəbi, Yenikənd kənd musiqi məktəbi) fəaliyyət göstərir. Bütün bu müəssisələrdə 480 nəfər işçi çalışır. 

Onu da qeyd edək ki, hər il Salyan Mədəniyyət və Turizm Şöbəsinə yüz min manatlarla vəsaitlər ayrılır. Təkcə 2014-cü ildə 258 min manat, 2015-ci ilin ilk rübündə isə 219 min manat vəsait ayrılıb. Həmin vəsvaitlər əsasən cari təmir, dəftərxana ləvazimatlarının, maşın avadanlıqların, bərk və yumşaq inventarların alınması üçün ayrılıb. Bu vəsaitlər şöbədə çalışan mədəniyət işçilərinin maaşlarına və digər xərclərə aid deyil və sırf Salyan Mədəniyyət və Turizm şöbəsinin təminatına xərclənib. Lakin görünür ki, ayrılan vəsaitlər aidiyyatı işlər, avadnıqlar və s. satınalmalar adı altında silinib. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sənədlərdə aidiyyatı üzrə “xərclənsə də”, əslində Mədəniyyət və Turizm şöbəsi müdiri ilə onun havadarının cibinə axıb. 

PİA.AZ-ın əməkdaşı Salyan rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində olan Yenikənd kənd Mədəniyyət evində rastlaşdığı mənzərə dəhşətləri faktları ortaya çıxarıb. Belə ki, tanınmış mədəniyyət xadimi və aşıq sənətinin ustadlarından biri olan Aşıq Pənahın adını daşıyan Yeni kənd kənd mədəniyyət evi xaraba vəziyyətdədir. İlk baxışda adamda elə təəssurat yaranır ki, Aşıq Pənah adına Yenikənd kənd Mədəniyyət evi müharibə aparılan ərazidə fəaliyyət göstərir. Çünki Mədəniyyət evinin bütün şüşləri qırılıb, divarları üçüq sökükdür. Ancaq bildiyimizə görə Salyan müharibə zonasında yerləşmir. 


Mədəniyyət evinin zalı isə bərbad vəziyətdədir. Sizə təqdim etdiyimiz şəkillərdə də bu aydın şəkildə görünməkdədir. Mədəniyyət evinin qapısına baxan kimi də görünür ki, bu qapı uzun illərdir ki, açılmır. 

Elə kənd sakinləri də Aşıq Pənah adına Mədəniyyət evinin qapılarının nə vaxt açıldığını xatırlamırlar. Sözün düzü kənddə mədəniyyət evi də heç kimi düşündürmür. Hər kəs öz probleminin arxasınca qaçır və uçuq-sökük mədəniyyət evi heç kimin maraq dairəsində deyil. Amma məsələ orasındadır ki, bu mədəniyyət evinin fəaliyyəti üçün dövlət hər il külli miqdarda vəsait ayırır. İnsanlar maaş alır, hər il mədəniyyət evi cari təmir, ya da əsaslı təmir olunur. Bəs bu qədər pullar hara gedir? Daha doğrusu kimin cibinə gedir? 



Yəqin ki, Mədəniyət Nazirliyinin əlaqədar qurumları və şəxsən cənab nazir Əbülfəs Qarayev bu suala cavab axtaracaq. Heç olmasa, cənab nazir bu sualla Salyan Mədəniyyət və Turizm şöbəsinin mdiri Toğrul Cavadova müraciət etsin. Ən azıdan cənab Cavadov bu sualın cavabını bilməyə məcburdur. Və əgər o, bu sualın cavabını bilmirsə, o zaman məşğul etdiyi kürsüdə oturmasına lüzum yoxdur.

Qarşı tərəfin mövqeyi olarsa, dərc etməyə hazırıq...

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar