Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bulvardakı gürzənin məqsədi


Zamin HACI

“Paymal etmə bizi, mür görüb ey qafil,
Mür ikən mar oluruz, mar ikən əjdərhayız”

(Mirzə İsa Xəyali, 19-cu əsr Azərbaycan şairi)


Bəzən deyirlər xalq və hakimiyyət bir-birinə bərabərdir, bununla razılaşmıram. Fikrimcə, bizdə hakimiyyət xalqdan çox qabağa gedibdir. O üzdən camaat hökumətin gördüyü və görmədiyi işləri düzgün qiymətləndirməkdə çətinlik çəkir.

Örnək üçün, dünən baxıram, biri Bakı bulvarında ilanın videosunu çəkib internetdə qoyubdur, milləti bulvar gəzintisindən çəkindirmək istəyir. Guya biz ilandan qorxmalıyıq. Halbuki, ilanın bulvarda gəzintiyə çıxmaq şövqü ölkəmizin inkişafından danışır. Gürzə rayonda, dağda-daşda yox, paytaxtda gəzirsə, bu, regionların inkişaf planının uğurundan xəbər verir! Görün necə asudə şərait yaranıb, ilanın ağı da, qarası da lənətlənməkdən qorxmadan ictimai yerlərdə gəzişirlər! Şair bu məqamda yaxşı söyləmişdir: “Özün öz yolunsan, ilan balası, Özün bu dünyada öz əzizinsən, Özün öz balansan, ilan balası!” Bəli. Əlbəttə, şair bu misraları AXC-Müsavat dövründə yazmışdır, o zaman kimin ağlına gələrdi ki, yaxın gələcəkdə ilanlar hamının əzizi olacaqdır, hər birimiz ilanları öz balamız kimi əzizləyib bağrımızın başında saxlayacağıq. İndiki dövrdə isə, lazım gəlsə biz Bakıda pitonların, anakondaların,  kobraların, əjdaha və dinozavrların millətə qarışıb sərbəst, sabitlik şəraitində gecə-gündüz dolaşmasına hazır olmalıyıq. Hətta xahiş edərdik hökumət 2019-cu ili “İlanlarla həmrəylik ili” elan eləsin. (İlan ili onsuz var, məcburuq adını fərqlilik üçün belə qoyaq).

O cümlədən, bir bisavad təhsil eksperti hay-küy qoparıb, deyir dövlət universitetlərdə həkimliyə qəbul planını olduqca böyük miqyasda azaldaraq əvəzində bədən tərbiyəsi ixtisaslarında planı artırıbdır. Dızıldayır ki, (Tağı müəllim demişkən) bizə bu qədər bədən tərbiyəsi mütəxəssisi nəyə lazımdır, həkimsiz qalacağıq, xəstələnib öləcəyik, ay haray, urra, iş-çörək-Qarabağ, Milli Şura-lotusan vur bura, qoy millətdə ruh yaşasın və sairə!

Doğrusu, bilmirəm bu təhsil ekspertini hansısa üsulla Gəncə hadisələrinə əlaqələndirib qoduqluğa basmaq mümkündürmü. Hər halda, ümid edirəm əlaqədar təşkilatlar bu yönümdə fəaliyyətlərini uca millətimizdən əsirgəməyəcəkdir. Ancaq bu yaramaz iftira sözün əsl mənasında burnunun ucundan uzağı görməməyin nəticəsidir. Bəyəm bu yoldaş anlamır ki, bədən tərbiyəsi çox olsa, heç millətə gələcəkdə həkim lazım olmayacaqdır?! Hamımız idman eləsək, xəstəliklərə qalib gəlsək, sağlam bədəndə sağlam ruh olsa, hər kəs yüz il yaşamasa, günah onun özündədir!

Eynilə bir vaxt bizdə qəzetlər, jurnalistlər boğulanda, redaktorlar türməyə basılanda bu müdrik siyasəti başa düşmürdük. Ancaq nəticəsi nədir? Pis hadisələr demək olar yoxdur! Deməli bunun hamısını eləyənlər jurnalistlər imiş. Yazıb quldurları həvəsləndirirdilər. O cümlədən, kimin kimə, neçə manat rüşvət verdiyini yazırdılar, camaat preyskurantı öyrənirdi, korrupsiyaya həvəslənirdi.

Bakı Şəhər İcra Hakimiyyətinin bir neçə aydır başçısız qalması da bu qəbildəndir. (Çaşıb “qəbilədəndir” yazmışdım, əlaqədar orqanlardan üzr istəyirəm, ümid edirəm onlar bunu görmədilər. Hərçənd, qəbilə sözünə də bizdə nədənsə mənfi münasibət yaranıbdır, halbuki gözəl sözdür. O boyda Hindistanda ayrıca Qəbilə və Tayfa Nazirliyi vardır  – Z.H.). Xeyli bekar adam var, idarənin Hacıbala müəllimdən sonra niyə boş qalmasını öz ağıllarında guya analiz eləyirlər. Bu deyir ona görədir, o deyir buna görədir… Eyni adamlar 20 il idi donquldanırdılar ki, Hacıbala müəllim niyə çıxarılmır. Bunları nə təhər razı salasan? Əkin yerini dincə qoyursan, gələcəkdə yaxşı məhsul versin. Bəlkə BŞİH rəhbəri vəzifəsi də bizdə dincə qoyulubdur?

Ancaq mən hesab edirəm dövlət siyasətimizdə daha müdrik, daha planlı bir məsələ nəzərdə tutularaq BŞİH başçısı vəzifəsi boş saxlanılır. Bu da son hadisələrin analizindən doğan fikirlərdir. Bax, xaricdə çoxlu düşmənlərimiz var, onlar daim aranı qarışdırmaq, icra hakimlərinə terror eləmək istəyirlər. Hesab edək həmin terror mərkəzlərindən biri öz şpionunu öyrədib, kurs keçib göndərdi Bakıya, dedi get bunun icra başçısını vur, qoy ara qarışsın. Gələcək, şifroqram göndərəcək ki, lənət şeytana, öldürməyə adam yoxdur, neçə gündür durbinlə baxıram, kreslo boşdur. Sonra da ya təslim olacaq, ya bulvarda dənizə tullanıb intihar edəcək.

İntihar da eləməsə bulvarda gürzə özü onu mələdəcəkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar