Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bulvarda qiymət fırıldağı



Yeni ilin gəlişi ilə əlaqədar olaraq Dənizkənarı Milli Parkda qiymətlər indidən od tutub yanır...


Bu barədə musavat.com-a şəhər sakinləri xəbər veriblər.

Sakinlər deyirlər ki, Dənizkənarı Milli Parkda köşklərə yaxınlaşmaq mümkün deyil. Çünki qiymətlər “əl yandırır”: “Ailəmizlə, yaxınlarımızla bulvara çıxırıq ki, bir az təmiz hava alaq, xoş vaxt keçirək və dincələk. Bəzən olur ki, hər-hansı bir içki, şirniyyat və ya siqaret almaq üçün köşklərə yaxınlaşırıq. Kənarda 1 manata olan bir şeyi, burada 1 manat 70 qəpiyə, 2 manata, bəzən də daha baha satırlar. Məcbur olub alırıq. Amma bu qədər baha olması düzgün deyil. Bu sözün əsl mənasında sui-istifadədir”.

İnsanlar haqlıdır. Dənizkənarı Milli Parkda müştəri qismində yaxınlaşdığımız köşkdən gerçək qiymətini yaxşı bildiyimiz siqaret növünü almaq istədik. Satıcı normalda şəhərin bütün dükan və marketlərində 1 manat 50 qəpiyə olan siqareti bizə 2 manata təklif etdi. Bu qədər baha olmasının səbəblərini soruşduqda isə, Bulvar idarəsini günahlandırdı. 

- Bu siqaret hər yerdə 1.50 AZN-dir. Siz niyə 2 manata satırsınız?
- Şirkət bizə baha satır.
- Hansı şirkət? Axı bunun şirkətdə satış qiyməti 1.40 AZN-dir.
- Daha dəqiq desək, Bulvar idarəsi bizə bu siqareti 1.80 AZN-ə verir. Biz də 2 manata satırıq. Cəmisi 20 qəpik qazanırıq. 
- Qiymətləri idarə təmzimləyir?
- Bəli.

Digər köşklərdə də vəziyyət eyni idi. Hər şey normaldan çox baha satılırdı. İstəyirsən al, istəmirsən, alma...

“Dənizkənarı Milli Parkı insanlar istirahət üçün gəlirlər, soyulmaq üçün yox. Marketlərin parka uzaq olmasından istifadə edirlər. Heç imkan verməzlər ki, yaxınlıqda market olsun. Bu onlara sərf etməz. Üstəlik, dələduzdurlar. Görəndə ki, yanında bir xanım var, o dəqiqə normalda 2 manata satdıqları bir şeyi 3-4 manata satırlar. Sən də qızın yanında pərt olmamaq üçün məcbur olub alırsan. Belə şey olar?” - Bu sözləri Bakı sakini Vurğun Xəlilov deyir.

Eyni fikirləri söhbətləşdiyimiz digər şəhər sakinləri də səsləndirdilər. Görünən budur ki, Dənizkənarı Milli Parkda sözün əsl mənasında istirahət üçün gələnlərin hər birinə pul gözü ilə baxılır. Satıcılar vəziyyətə uyğun qiymət “oxuyurlar”. Misal üçün, köşkə yaxınlaşan ailədirsə və o ailədə balaca uşaq varsa, bu satıcı üçün günün qazancı deməkdir. Ata öz övladının istədiyini mütləq alacaq, bu da satıcıya sərf edir. Çünki satılan malların böyük hissəsinin üzərində qiymətlər yoxdur. Bu da satıcıya istədiyi qiyməti demək üçün mükəmməl şərait yaradır. 

Görünən budur ki, Bulvar rəhbərliyi qiymətləri qaldıraraq, yenilənən daş piltələrinin pullarını, həmin piltələrin üzərində gəzən insanlardan alır. 

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar