Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bulvara yeni karusellər, attraksionlar gətirilir


Yaxın zamanlarda Bulvarda yeni karusel və attraksionlar istifadəyə veriləcək


Artıq bununla bağlı danışıqlar aparılır.

Bunu Publika.az-a açıqlamasında Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.
 
Onun sözlərinə görə, attraksionların sayı dəqiq bəlli deyil. Lakin əsas istək  Ağ şəhər və Bayıl bulvarında yeni karusel və attraksionların istifadəyə verilməsidir.
 
“Hazırda həmin ərazidə yalnız oturacaqlar quraşdırılıb. Əhalinin istirahəti üçün əlavə işlər görməliyik. Bunun üçün də yeni attraksionların quraşdırılması, kafelər, restoranlar və müasir əyləncə mərkəzlərini istifadəyə verməyi planlaşdırırıq. Ümumiyyətlə, Bulvar ərazisində yeni karusellərin gətirilməsi hər zaman planda olur”.
 
N.Məcidov onu da bildirib ki, Dənizkənarı Bulvar İdarəsi ərazisinə 2 ədəd hündür retro maşınlar gətirilib.
 
“12 nəfər sərnişin tutumuna malik retro maşınlara maraq var. Xüsusən də yay aylarında yeniliklərə maraq yüksək olur. Nə qədər ki, əhalinin marağı var, bu maşınlardan istifadə edəcəklər.  Retro maşınlardan istifadə haqqı 2-3 manat arasındadır. Digər yeni attraksionların qiyməti əvvəlkilərdən fərqli olmayacaq. Hazırda attraksionların qiyməti 2-5 manat arasında dəyişir”.
 
N.Məcidov qeyd edib ki, bulvar ərazisində bu ayın sonuna yaxın uşaqlar üçün pulsuz əyləncələr təşkil ediləcək.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar