Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Buğda, düyü və qarğıdalının yeni gömrük rüsumlarını açıqlandı - Rəqəmlər

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən dənli bitkilərə tətbiq edilən gömrük idxal rüsumları dəyişəcək


Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
 
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə yanvar, fevral, mart və aprel aylarında gömrük dəyərinin 5 faizi, digər aylarda gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən isə səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə yanvar, fevral, mart və aprel aylarında gömrük idxal rüsumu tətbiq olunmayacaq. Digər aylarda isə səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə gömrük dəyərinin 5 faizi həcmində gömrük idxal rüsumu tətbiq ediləcək. İstehlak məqsədi ilə ölkəyə gətirilən düyüyə tətbiq edilən 15 faiz gömrük idxal rüsumu qüvvədə qalıb.
 
Hazırda ölkəyə toxumluq və istehlak üçün gətirilən çovdara 5 faiz, toxumluq arpaya 0,50 faiz, istehlak məqsədli arpaya 5 faiz, toxumluq və istehlak məqsədli qarğıdalıya 0,50 faiz gömrük idxal rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən ölkəyə toxumluq üçün gətirilən çovdara, arpaya, toxumluq qarğıdalıya, o cümlədən istehlak məqsədi ilə gətirilən qarğıdalıya tətbiq edilən gömrük idxal rüsumu ləğv edilib. Ölkəyə istehlak məqsədi ilə gətirilən çovdar və arpaya tətbiq edilən 5 faiz gömrük idxalı rüsumu isə qüvvədə qalacaq.
 
Qeyd edək ki, hazırda ölkəyə toxumluq və istehlak məqsədi ilə gətirilən buğda gömrük idxal rüsumundan azaddır. Nazirlər Kabinetinin qəbul etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə də buğdaya gömrük idxal rüsumunun tətbiqi nəzərdə tutulmayıb.(Apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar