Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu xəstələrə dərmanların pulsuz verilməsi təklif edilir


Azərbaycanda qaraciyər köçürülən insanlara transplantasiya əməliyyatından sonrakı müddətdə dərmanların pulsuz verilməsi təklif edilir


Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, böyrək transplantasiyası həyata keçirilən xəstələr üçün belə bir proqram qəbul edilib. Həmin vətəndaşlara dərmanlar əməliyyatdan sonra pulsuz verilir: “Qaraciyər köçürülən insanlara isə müalicədən sonra pulsuz dərmanlar verilmir. Bununla bağlı proqram qəbul edə bilərik”.

M.Quliyev onu da qeyd edib ki, son dövrlərdə təcili tibbi yardım işçilərinin döyülməsi və təhqir edilməsi halları artıb: “Təcili tibbi yardımda çalışan tibb işçilərinin sosial və hüquqi müdafiəsi aparılmalıdır. Bunları həll etmək üçün hüquqi yollar varmı? Bəzi ölkələrdə təcili tibbi yardımda çalışanların hüquqi statusları polis işçilərinin hüququ statusuna bərabərdir”.

Deputat hesab edir ki, gələcəkdə “Pasiyentlərin və tibb işçilərinin hüquqları” haqqında qanun layihəsi qəbul edilməlidir: “Deputat həmkarlar təşəbbüs göstərərsə, işçi qrup yaradılmalıdır və bu qanun da qəbul edilməlidir. Çünki icbari tibbi sığorta daha geniş ərazidə tətbiq olunduqda bu məsələ mütləq tələb olunacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar