Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bü tədbirlər əhalinin etibarlı sosial müdafiəsinin təmininə yönəlib



Dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata keçirilən çevik və məqsədyönlü islahatlar ilk növbədə əhalinin dövlət tərəfindən etibarlı sosial müdafiəsinin təmin edilməsinə yönəlib


Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin pensiyaların sığorta hissəsinin və minimum əmək haqqının artırılması barədə verdiyi sərəncam insanların rifahının yüksəldilməsinə xidmət edir.

Deputat dövlət başçısının əhalinin sosial müdafiəsini gücləndirməsi üçün daim lazımi tapşırıqlar verdiyini və bu istiqamətdə lazımi addımların atıldığını da söyləyib:

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sərəncamların verilməsi mövcud iqtisadi şəraitdə ilk növbədə insanların sosial müdafiəsi məsələlərinin daim diqqətdə olduğunu göstərir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikrinin real əməllə bağlı olduğunu bir daha təsdiq edir. Bu, həm də sosial-iqtisadi inkişafın davam etdirilməsi məqsədilə ölkədə aparılan bütün işlərin əsasında ilk növbədə əhalinin sosial müdafiəsi məsələsinin dayandığını da göstərir”.

Qeyd edək ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilir, bütün növ əmək pensiyalarının sığorta hissəsi isə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq artırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar